“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”
Tarix: 07.09.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər



Müsahibimiz qəbul imtahanlarında 700 bal toplayan tələbə Kənan Məhəmmədlidir:


- Kənan, özünüz haqda məlumat verərdiniz.
- Mən Məhəmmədli Kənan, Goranboy rayonu Səfikürd kəndində anadan olmuşam. Birinci sinfə elə Səfikürd tam orta məktəbində getmişəm, 2018-ci ildə isə bu məktəbdən məzun olmuşam. 5-ci sinifdə şahmat oyunu üzrə rayon birincisi, 9-cu sinifdə isə məntiq yarışması üzrə məktəb birincisi olmuşam.
- Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiniz?
-Valideynlərimə və mənə əziyyət çəkən bütün müəllimlərimə təşəkkür edirəm.
- Niyə I qrupa üstünlük vermisiniz?
- Texniki fənləri həmişə çox sevmişəm, bu səbəbdən də I qrupa hazırlaşmağı qərara aldım.
-Ali məktəblər arasında niyə məhz BANM-i seçdiniz?
- BANM-i seçmək üçün səbəb çoxdur. Bilirdim ki, burada təhsilin səviyyəsi yüksəkdir. Həm də, burada “Foundation” ili var ki, sənə mükəmməl ingilis dili və kompüter texnologiyaları öyrədirlər. Bu ali məktəb insan üçün böyük imkanlar açır.
-Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarımda ən çox musiqi dinləyirəm. Bundan başqa, bədii əsərlər oxuyuram, ən çox da detektiv əsərlər xoşuma gəlir.
- BANM-də hansı ixtisası seçmisiniz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?
- Mən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”ni seçdim. Düzü, elə əvvəldən həmin ixtisasa qəbul olmaq üçün çalışırdım.
- Niyə məhz “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”ni istəmisiz?
- Çünki BANM-i və bu ixtisası bitirdikdən sonra şirkətlərin standartlarına cavab verən və bacarıqlı mühəndis olacağıma inanıram.
- Seçiminizi özünüz etmisiniz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?
- Mənə heç kim təsir etməyib və məsləhət verməyib. Seçimimi özüm etmişəm.
- BANM-i bitirdikdən sonra planlarınız nədir?
- BANM-dən sonra təhsilimi davam etdirmək - xaricdə magistratura oxumağı planlayıram.
- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?
- Bu suala cavabda çətinlik çəkirəm. Düzü, hələ fikirləşib dəqiqləşdirməmişəm.
- Sizcə, bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?
- Mənim üçün hər şey aydındır: əvvəlcə nəyisə arzulayırsan, sonra ona nail olmaq üçün qarşına məqsəd qoyursan, sonda isə həmin məqsəd üçün gecə-gündüz çalışırsan.
- Nailiyyətlər insanın özünə, yoxsa şansa daha çox bağlıdır?
- Çox şey insanın özündən asılıdır. Çünki nailiyyətləri əldə etmək üçün çox çalışmaq lazımdır. Lakin təbii ki, şans amilini də vurğulamaq lazımdır. Məsələn, mənim kimi eyni potensiala malik abituriyentlər şansları gətirmədiyi üçün 692, 695 bal topladılar, hansı ki, onlar da 700 bala layiqdirlər.
- Dostluq nə deməkdir və dostlarınızı necə seçirsiz?
- Dost bir insanın həyatında çox önəmlidir. Əsl dost 2-ci qardaşdır. Mən dostlarımı zamanla, onları daha yaxından tanıyaraq seçirəm.
- Sizdən sonra gələcək abituriyentlərə nəyi məsləhət görərdiniz?
- Gələcək abituriyentlərə yalnız bir məsləhətim var: öz üzərlərində dayanmadan çalışsınlar. Necə deyərlər, cəfa çəkməsən səfa görməzsən.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.02.2019
“Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
12.02.2019
Hikmət Hacıyev: Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir
07.02.2019
SOCAR-ın xarici bazarlardakı gəliri ölkə daxilində əldə edilən gəliri üstələyir
04.02.2019
“Modul tipli sutəmizləyici qurğuların quraşdırılması əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq”
01.02.2019
“Dünyanın dörd bir tərəfində Azərbaycan gəncinin uğurunun şahidi ola bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info