“Ukraynada bizim güclü və mehriban komandamız var”
Tarix: 07.09.2018 | Saat: 23:54:00 | E-mail | Çapa göndər



Emin Əhmədov:
“Yeni məqsədlər qarşıya qoyub gənclərlə bir yerdə Azərbaycanımızı dünyada tanıtmalıyıq”

Xəbər verildiyi kimi, ötən ay Şəkidə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi keçirildi. Yay Düşərgəsində 50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gənc iştirak edib. Bu gənclərin arasında Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayəti üzrə rəhbəri Emin Əhmədov da olub. Emin Əhmədov Yay Düşərgəsi, eləcə də fəaliyyətləri ilə bağlı fikirlərini bizimlə bölüşdü. Xatırladaq ki, Emin Əhmədov 9 noyabr 1993-cü ildə Ukraynanın Dnepr şəhərində anadan olub və orada böyüyüb boya-başa çatıb. 2009-cu ildə orta məktəbi bitirərək Dnepropetrovsk Nəqliyyat İqtisadiyyat Kollecinə qəbul olub və Qırmızı diplomla bitirib. 2013-cü ildə Odessa Hüquq Akademiyasına qəbul olub və oranı da Qırmızı diplomla bitirib.
2016-2018-ci illərdə Polşada magistr təhsili alıb. 2015-ci ildə Ukraynanın “Solidarnost” partiyasının üzvüdür və seçkilər zaman deputatlığa Dnepr şəhərinin Jovtnevy rayonundan namizədliyini irəli sürüb və 7-ci yerə çıxıb. 2016-2017-ci illərdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayəti üzrə 1-ci müavini olub. 2018-ci ildə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayəti üzrə rəhbəridir.
-Dnepropetrovskdə gənclərimizin diaspor fəallığı hansı səviyyədədir?
- Bizim güclü və mehriban komandamız var və aktiv gənclərimiz bütün tədbirlərdə iştirak edirlər. Gənclərimiz hər bir məclisdə aktivlik göstərirlər. Onlar öz milli borclarını yerinə yetirərək Vətənimizi qərib ölkədə layiqli şəkildə təmsil edirlər.
-Ümumiyyətlə, orada gənclərlə bağlı görülən işlər nə dərəcədə öz effektini verir?
- Biz bu il Novruz bayramını Dnepr şəhərinin mərkəzində keçirdirik. Gənclərimizin çıxışı, milli rəqslərimizi ifa etmələri, mahnı oxumaları, bayrağımızın orada dalğalanması o deməkdir ki, biz özümüzü həm yerli xalqa, həm də xarici ölkədən olan insanlara yüksək dərəcədə tanıdırıq. Bundan əlavə, biz gənclərimizlə uşaq evlərinə gedirik və onlara yardım edirik. Bununla bağlı olaraq çox adam bizi tanıyır.
-Ukraynada yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirsinizmi?
-Bəli, edirik. Şəhərimizdə Xalqlar festivalı keçiriləndə hamımız iştirak edirik.
-Diaspor Gənclərinin l Yay Düşərgəsində siz də iştirak etmisiz. Bu düşərgə ilə bağlı təəssüratlarınızı bilmək istərdik.
- Diaspor Gənclərinin I Yay Düşərgəsi çox maraqlı və yüksək səviyyədə keçdi. 37 ölkədən gələn gənclərlə tanış olduq. Azərbaycan dilini yaxşı dərəcədə bilməyən gənclərimizə “Azərbaycan dili” dərsi keçirildi. Şəki rayonunun tarixi abidələri və gözəl yerlərilə bizi tanış etdilər. Fürsətdən istifadə edib təşkilatçılara öz təşəkkürmü bildirirəm.
-Sizcə, düşərgənin nəticəsi olaraq yaradılan Dünya Azərbaycanlılarının Gənclər Şəbəkəsi hansı işlər görməlidir?
- Məncə, qarşıya yeni məqsədlər qoyub gənclərlə bir yerdə Azərbaycanımızı dünyada tanıtmalıyıq. Dünya Azərbaycanlılarının Gənclər Şəbəkəsinin dəstəyi ilə yeni bir layihələr həyata keçirtmək olar. Dünya səviyyəsində bizim bir-birimizi tanımağımız dünyanın hər bir ölkəsindən informasiya almaq o deməkdir ki, biz birik. Birlik, mehribançılıq da qələbə çalacaq, düşmənimiz də bunu görərək özü geri çəkiləcək.
- Hansı yeni layihə həyata keçirməyi düşünürsünüz?
-Mən istərdim ki, Ukraynada (fərqi yoxdur hansı şəhərdə) Gənclər Forumu keçirilsin. Yenidən gənclərimizi bir etməklə çox gözəl bir platforma yaratmaq olar. Forumun təşkilati işlərinə kömək etməyə hər zaman hazıram.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info