Əddis-Əbəbədə Azərbaycanın “Bir günəş altında” sənədli filmi nümayiş olunacaq
Tarix: 09.09.2018 | Saat: 18:16:00 | E-mail | Çapa göndər



Efiopiyanın paytaxtı Əddis-Əbəbədə sentyabrın 15-dən 23-dək keçiriləcək “Addis Ababa Asia Pacific” film festivalı çərçivəsində Azərbaycanın “Bir günəş altında” sənədli filmi nümayiş olunacaq. Filmin prodüseri Arzu Əliyevadır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda yaşayan müxtəlif mədəniyyətə, adət-ənənəyə, dilə və dini etiqada malik azsaylı xalqların və etnik qrupların həyatından bəhs edən film Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib.
Azərbaycanın Efiopiyadakı səfirliyinin məlumatına görə, səfirlik tərəfindən festivala təqdim edilən “Bir günəş altında” sənədli filmi kinofestivalın ilk günündə - sentyabrın 15-də İtaliya Mədəniyyət İnstitutunda nümayiş etdiriləcək.
Qeyd olunur ki, Azərbaycanın bir sıra bölgələrində çəkilmiş filmdə ölkəmizdə yaşayan 17 etnik qrupun 134 nümayəndəsi iştirak edib. Ekran əsəri Azərbaycan ərazisinin hər yerində etnik qrupların həyatı, mədəniyyəti və ənənələri haqqında təsəvvür formalaşmasına imkan yaradır.




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq
13.09.2019
Belarus teatrının solisti Bakıda çıxış edəcək
13.09.2019
Nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəfli kimdir?
13.09.2019
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA”-nın nümayişi keçirilib
13.09.2019
Karvan keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info