“Los Angeles Times” qəzeti Bakının əsrarəngiz gözəlliyindən yazdı
Tarix: 10.09.2018 | Saat: 09:26:00 | E-mail | Çapa göndər



ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Bakı şəhəri haqqında geniş məqalə dərc edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, “Bakı: Xəzər Dənizinin zinət tacı” başlıqlı məqalədə müəllif Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərək, ölkəmizin inkişafı, Bakının əsrarəngiz gözəllliyi, görməli yerləri və son illərdəki sürətli transformasiyası haqqında ətraflı məlumat verir. A.Masiel səfərdən öncə Azərbaycan haqqında təsəvvürünün olmadığını, ölkəmizin yalnız adı və yerləşdiyi coğrafiya haqqında məlumatlı olduğunu bildirərək, sözügedən səfərin onun bütün baxışlarını dəyişdiyini və Azərbaycanın inkişafını öz gözləri ilə görməkdən məmnun olduğunu vurğulayır.
A.Masiel ölkəmizdə müsəlmanlar, yəhudilər, ortodoks xristianları və katoliklər də daxil olmaqla, müxtəlif dinlərə mənsub insanların dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir. Bu səpkidə o, Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin sözlərini qeyd edir: “Tolerantlıq və ya dözümlülük insanın onu narahat edən nəyəsə dözümlü yanaşması mənasını verir. Azərbaycanın nümunəsində isə bu tolerantlıqdan da yüksək yanaşmadır. Azərbaycanda bu başqalarının inanclarına və adət-ənənələrinə hörməti özündə ehtiva edir. Bu isə ölkəmizdəki xalqların dinc birgə yaşayışını təmin edib”.
Sonda müəllif oxucularını Azərbaycana səfər edərək bu ölkəni özləri üçün “kəşf” etməyə dəvət edir.
Qeyd edək ki, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Ancelesdə isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən artmaqdadır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
21.09.2020
“Ermənistan rəhbərliyinin təhrikçi əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurur”
21.09.2020
XİN: Sərhəddə törədilən qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır
21.09.2020
Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
21.09.2020
Ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
2 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
3 “Azərbaycan öz məmləkətimizdir“
4 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
5 Sığorta bazarını necə inkişaf etdirmək olar?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info