Rəqəmsal Ticarət Qovşağına dair ikinci beynəlxalq konfrans keçiriləcək
Tarix: 10.09.2018 | Saat: 11:31:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və ISESCO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfrans keçiriləcək. Əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışılacaq konfransda transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri də müzakirə ediləcək. Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, Azərbaycanda belə bir tədbiri təşkil etməklə həm ölkəmizin Rəqəmsal Ticarət Qovşağı yeni formatda təqdim ediləcək, həm də elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökumət və kibertəhlükəsizlik sahələrində əldə edilən nailiyyətlər, çətinliklər və imkanlar barədə xarici təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsi aparılacaq: "Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafına, əsasən də informasiya və kommunikasiya sahəsinin daha da təkmilləşdirilməsinə verdiyi diqqətin nəticəsində dövlət tərəfindən bir çox elektron platformalar, rəqəmsal xidmətlər və onlayn resurslar yaradılıb. Bunlardan biri də Azərbaycanın Rəqəmsal Ticarət Qovşağıdır. Qovşaq dünyada həm yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, həm də qeyri-rezidentlər üçün elektron xidmətlər təqdim edən yeganə platformadır".
Konfransda ABŞ, Tayland, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və digər ölkələrdən nümayəndələr olmaqla 10-dan çox ölkədən 100-ə yaxın nümayəndə iştirak edəcək. Həmçinin "Azexport" portalının sıx əməkdaşlıq etdiyi “Alibaba”, “Amazon”, “e-bay” və digər beynəlxalq ticarət platformalarının nümayəndələri də müzakirələrə qatılacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan konfransla bağlı artıq son məqamları müzakirə edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info