“Aztelekom”da uğurla təcrübə keçən tələbələrə iş təklif olunub
Tarix: 10.09.2018 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin tələbələr üçün keçirdiyi “Yay təcrübəsi 2018” proqramı uğurla başa çatıb. “Xəzər”, Bakı Mühəndislik, Azərbaycan Dövlət İqtisad universitetlərinin və Azərbaycan Diplomatik Akademiyasının III və IV kurs tələbələrinin iştirakı ilə keçirilən təcrübə proqramı üç aylıq müddəti əhatə edib.
“Aztelekom”un Genişzolaqlı Xidmətlər, İnformasiya Texnologiyaları, Texniki, Maliyyə və İnsan Resursları departamentlərində təcrübə keçən tələbələr iş prosesində birbaşa iştirak edərək müasir texniki avadanlıqla tanış olmaq imkanı əldə ediblər. Proqramın yekununa həsr olunmuş tədbirdə hər bir iştirakçıya “Aztelekom” MMC-nin sertifikatı və hədiyyələri təqdim olunub. Tələbələrlə görüşdə “Aztelekom” MMC-nin İnsan resursları departamentinin direktoru Səidə Hüseynova bildirib ki, bu kimi layihələr gələcəkdə uğurlu əməkdaşlıq üçün istedadlı kadrların müəyyən olunmasına imkan yaradır. Bundan əlavə, gənclərə uğurlu işgüzar həyatla bağlı faydalı məsləhətlər də verilib. Ölkədə telekommunikasiya sahəsində ən iri müəssisələrdən olan “Aztelekom” MMC tələbələrə və istedadlı gənclərə karyeranın qurulmasında mütəmadi olaraq dəstək olmaq üçün sözügedən layihəni gələcəkdə də davam etdirəcək. Qeyd edək ki, təcrübədə iştirak edərək yüksək nəticə göstərən tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və potensial kadrlar statusunda saxlanılacaq. “Yay təcrübəsi 2018” proqramını uğurla başa vuran bir neçə tələbəyə mövcud vakansiyalar üzrə iş təklifləri edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info