Məktəbəhazırlıq qruplarına 18 min 537 şagird elektron qeydiyyatdan keçib
Tarix: 10.09.2018 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin tətbiqi ilə bağlı müraciətlərin operativ cavablandırılmasını təmin edir. Sentyabrın 10-na (saat 13:00) olan məlumata əsasən, elektron sistem vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 46.713, məktəbəhazırlıq qruplarına isə 18.537 şagird elektron qeydiyyatdan keçib. Elektron qeydiyyat şəffaflığın və vətəndaşların rahatlığının təmin olunması, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qeydiyyat üzrə online sorğuların cavablandırılması, qeydiyyatla bağlı valideynlərin yönləndirilməsi, online qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesinin tənzimlənməsi və digər məsələlərlə bağlı müraciətləri vətəndaşların qəbulu, telefon zəngi, elektron poçt və ya elektron müraciət vasitəsilə cavablandırır. Həmçinin bu il ilk dəfə birinci sinfə online qeydiyyat prosesində valideynləri maraqlandıran məsələləri daha operativ cavablandırmaq üçün elektron sistemin “Əlaqə” bölməsi yaradılıb. “Əlaqə” bölməsində İşçi Qrupu valideynləri maraqlandıran suallara müvafiq müddətdə cavab verir. Bununla da valideynlərin əlavə vaxt itkisinin qarşısı alınır, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxan obyektiv ləngimələr aradan qaldırılır və müraciətlər daha operativ cavablandırılır. Onu da qeyd edək ki, İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulla bağlı nəinki iş saatlarında, zərurət olduqda hətta işdənkənar saatlarda da fəaliyyət göstərir. Artıq dördüncü ildir ki, birinci sinfə və ikinci ildir ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi elektron qaydada həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından böyük əhəmiyyətə malikdir.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir
14.09.2019
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14.09.2019
İmişlidə yeni məktəb binalarının açılışı olub
14.09.2019
Tərtərin ümumi təhsil məktəblərinə 49 müəllim işə qəbul edilib
14.09.2019
Liseylər region məktəbliləri üçün də əlçatandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info