Cəlilabadda dini icmaların nümayəndələri ilə görüş keçirilib
Tarix: 10.09.2018 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyət”, “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” mövzusunda görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev tədbirdə çıxış edərək belə görüşlərin əhəmiyyətindən danışıb. O bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük rolu var və bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından mühüm önəm kəsb edir. Ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, din hər zaman dövlətin dayağı kimi çıxış edib.
M.Quliyev ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə, həmçinin narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edilib. Narkomaniyaya qarşı hüquq mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışılıb.
Sonda polis rəisi tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, şikayətlər dinlənilib.
Rayon məscidində təşkil olunan görüşdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri və rayon ağsaqqalları iştirak ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info