“Azərbaycanda milli dini kadrlara böyük ehtiyac var”
Tarix: 10.09.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Milli Məclisinin bir neçə üzvü Azərbaycan İlahiyyat İnistitutunun yaradılması ilə bağlı münasibətlərini bildiriblər.

Millət vəkili Fazil Mustafa:

“Bu il ilk dəfə olaraq İlahiyyat İnstitutuna qəbulun keçirilməsi Azərbaycanda dini həyatda baş verən ən ciddi hadisələrdən biri sayılmalıdır. Bilgili insanların yetişməsi üçün zəruri mühitim yaradılması gələcəkdə din sahəsində xurafat və cəhalət elementlərinin ortadan qalxmasına imkan yaradacaqdır. Burada əsas məqsəd dövlət-din münasibətlərinin sağlam zəində tənzimlənməsində rol alacaq din sahəsinin mütəxəssislərinin yetişməsidir. Milli düşüncəyə sahib, dövlətçiliyimizə bağlı olan və kənar təsirlərdən uzaq din sahəsinin mütəxəssisləri nə qədər çox olarsa, İslamın modern dəyərlərlə uzlaşdırılması işi də daha ciddi şəkildə aparıla bilər. İlk qəbul prosesi də göstərdi ki, bu sahəyə insanların marağı bə tələbatı var, sağlam rəqabət mühitində və müasir dünyagörüşlü pedaqoqların çalışmaları ilə bu institutun Azərbaycan cəmiyyətində dini maarifçiliyin inkişafında əhəmiyyətli rolu olacağına inanırıq.”

Millət vəkili Çingiz Qənizadə:

“Cənab Prezidentimiz İlham Əliyevin 9 fevral 2018 – ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması təbii ki, təqdirə layiq haldır. Azərbaycanda milli dini kadrlara böyük ehtiyac var. Belə hesab edirəm ki, İnstitut ölkəmizdə milli dini kadrlarımızın formalaşmasında mühüm rol oynaya biləcək təhsil müəssisələrindən biri olacaq. Biz Milli Məclis olaraq müəyyən qanunlar qəbul etmişdik. Xaricdə dini təhsil almış müəyyən kadrların ölkədə dini ayinlərin icrasında və digər qurumlarda çalışması qadağan olunmuşdu. Çünki biz bilirik ki, bu gün dini təhsil vermək pərdəsi altında xeyli insanlar xaricdə təhsil alaraq onların beyinləri tamamilə fərqli bir düşüncəyə köklənmiş, bəziləri radikal təriqətlərin təsiri altına düşmüş, bəziləri daha böyük bir cinayətkar dəstələrin üzvləri olmuşlar. Bu baxımdan cənab Prezident İlham Əliyev uzaq görən bir siyasət həyat keçirərək ölkədə milli dini kadrlarımızın formalaşması üçün bu institutun yaradılması haqqında qərar qəbul etdi. Bu institutdan gözləntilərimiz böyükdür. Belə hesab edirik ki, institutun rəhbərliyi və kollektivi qarşıya qoyulan məsələlərin həlli üçün əllərindən gələni edəcəklər.”
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. İnstitutun yaradılma məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini – mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsidir.

Tural






 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info