Babək prospektində magistral su xətlərinin yenilənməsi yekunlaşıb
Tarix: 10.09.2018 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Babək prospektində magistral su xətləri və kanalizasiya kollektorlarının yenilənməsi işləri başa çatdırılıb. “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması məqsədilə mühüm əhəmiyyət daşıyan daha bir layihənin icrasını yekunlaşdırıb. Paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorlarının yenilənməsi işləri başa çatdırılıb. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilib. Layihəyə əsasən Babək prospekti boyunca 1000 və 800 millimetr diametrli polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər olmaqla ümumilikdə 30 kilometrə yaxın su xətti çəkilib. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar verilib və ərazidəki yaşayış evləri və obyektlər yeni şəbəkəyə qoşulub. Babək prospektində yolun əsaslı təmiri və nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq tikinti-quraşdırma işləri mərhələlərlə aparılıb. Yenidənqurma işləri çərçivəsində prospekt boyunca istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və bir polad magistral su xəttinin fəaliyyəti dayandırılıb. Prospekt boyunca qurulan yeni sistem NZS, UPD, Keşlə qəsəbələrində, eyni zamanda, yeni salınan “Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub. Babək prospektində yol infrastrukturunun yenilənməsi işləri çərçivəsində Bakının əsas kanalizasiya kollektorlarından olan və paytaxtın böyük bir ərazisində yaranan tullantı sularının əsas daşıyıcı xətlərə axıdılmasını təmin edən “Dairəvi” kollektorun bir hissəsi dəyişdirilib. Layihəyə əsasən kollektorun Babək prospekti ilə kəsişən və yaşayış evlərinin altına düşən hissələri ləğv edilib. Əvəzində prospektə paralel 1400 millimetr diametrli dəmir-beton borularla 1,2 kilometr uzunluğunda yeni kollektor tikilərək paytaxtın əsas daşıyıcı xətlərindən olan “Sənaye” kollektoruna birləşdirilib. Kollektorların yaşayış evləri və kommersiya obyektlərinin altından keçən hissələrinin ləğv edilməsi istismar proseslərini asanlaşdırmaqla yanaşı, gələcəkdə qəza halları zamanı yarana biləcək təhlükələri aradan qaldıracaq. Bu layihənin tərkib hissəsi olaraq 41 şərq anbarı ilə 82 şərq su anbarının əlaqələndirilməsi məqsədilə 700 millimetr diametrli magistral xəttin inşası başa çatdırılıb. Su anbarlarının əlaqələndirilməsi suyun optimal idarə olunması və dayanıqlı su təchizatına imkan yaradıb.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaratdı – “ŞƏRİKLİ KASKO”
16.09.2019
Neftin qiyməti 19 faizə qədər artıb
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info