Soydaşımız Rusiyada deputat seçildi
Tarix: 10.09.2018 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının tərkibindəki Saxa Respublikasında yaşayan soydaşımız Əliş Zabid oğlu Məmmədov 9 sentyabrda keçirilən seçkilərdə böyük fərqlə qalib gələrək, 3-cü dəfə Saxa Dövlət Məclisinin - İl Tümen-in üzvü seçilib. Onun topladığı səs faizi (89,2%, 25 saylı Xanqalasskiy Seçki Dairəsi, ilkin hesablama) Saxa (Yakutiya) üzrə ən yüksək göstəricilərdən biridir. Bu barədə Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı bildirib.
Əliş Məmmədov 10 fevral 1958-ci ildə Şəki rayonunun Oraban kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universitetinin) məzunudur (1979). Əmək fəaliyyətinə "YakutPromStoyMaterial"da ("ЯкутПромСтройМатериал") başlayıb. Keçmiş Sovet Ordusunda hərbi xidmətdən sonra yenidən Saxaya dönən Ə.Məmmədov, tikinti sektorunda müxtəlif vəzifələrdə çalışıb. 1989-cu ildən isə "YakutSement"in baş direktorudur.
Uluslararası İnşaat Akademiyasının müxbir üzvü olan Ə.Məmmədov, Saxa (Yakutiya) Respublikasının əməkdar inşaatçısıdır. Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə layiq görülüb. Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi kimi geniş şöhrət qazanıb. İl Tümenə keçirilən IV, V və artıq VI seçkilərdə deputat seçilib.
Azərbaycanımızın adını həmişə uca tutan, Saxa (Yakutiya) Respublikasındakı diasporumuzun təşkilatlanmasında, Saxa ilə Azərbaycan arasında ictimai-mədəni ilişkilərin güclənməsində, habelə saxalılara Azərbaycan mədəniyyətini tanıtmaq sahəsində Əliş Məmmədovun böyük xidmətləri var.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 936-ya çatıb
21.09.2020
Rusiyada beşmərtəbəli binada partlayışı baş verib, yaralılar var
20.09.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb
19.09.2020
Putin Federasiya Şurasını toplayır
19.09.2020
Döyüşə erməni axçiləri gedir...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
2 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
3 “Azərbaycan öz məmləkətimizdir“
4 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
5 Sığorta bazarını necə inkişaf etdirmək olar?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info