GIZ jurnalistlər üçün müsabiqə elan etdi
Tarix: 10.09.2018 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Gender hüququ: gender balansın stimullaşdırılmasında medianın rolu” mövzusunda çap və elektron məqalələrin müsabiqəsini elan edir.
Müsabiqə “Gender bərabərliyi” mövzusunun 21-ci əsrin əvvəlləri üçün prioritetlərdən biri olduğunu nəzərə alaraq keçirilir. Kütləvi İnformasiya Vasitələri isə cəmiyyətdə Gender bərabərliyin təmin edilməsini stimullaşdırmaq üçün ən mühüm elementlərdəndir. Hazırda, qlobal səviyyədə “Jurnalistlərin Peşə Davranışı Qaydaları”(Etik Kodeks) gender balansın təmin edilməsinə töhvə vermək baxımından yenilənirlər.
Müsabiqəyə qatılmaq istəyənlər gender bərabərliyinə təminat verən yerli qanunlar, beynəlxalq konvensiyalar barədə bilgi verən, gender balans anlayışını izah edən, gender hüquqlarının təmin edilməsi yönündə praktiki durum barədə təsəvvür formalaşdıran, mövcud problemlərə işıq salan, yeni təşəbbüsləri əks etdirən araşdırma yazıları hazırlayıb təqdim etməlidirlər.
Məqalələrin qiymətləndirilmə meyarları:
Yazıda gender bərabərliyinə təminat verən yerli qanunlar və beynəlxalq konvensiyalar barədə bilgilər yer tutmalı;
Dünya ölkələrində, o cümlədən Azərbaycanda gender balansın durumuna dair müqayisəli təsvirlər əks olunmalı;
Gender balansın təmin olunacağı təqdirdə dünyada hansı nailiyyətlərin qazanılacağı barədə təsəvvürlər formalaşdırılmalı;
KİV-in, xüsusən onlayn media quruluşlarının gender bərabərliyinin təmin edilməsi yönündə verə biləcəyi töhvələr, həmçinin, KİV səhifələrində gender mövzusuna yanaşma barədə praktiki durumu, mövcud problemləri əks etdirən nümunələr yer tutmalıdır.
Yazının peşəkarlıq səviyyəsi (yazının mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:
Birinci yer – 700 AZN
İkinci yer – 500 AZN
Üçüncü yer – 400 AZN
Müsabiqənin texniki şərtləri:
1. Jurnalistlər müsabiqəyə 10 Sentyabr 2018-ci ildən 31 Oktyabr 2018-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.
2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.
3. Müsabiqəyə müraciət üçün tələb olunan sənədlər:
- VÖEN-nin nüsxəsi
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” » regional proqramının Bakıdakı bürosunun ünvanı: Gənclər meydanı 1, AZ 1005 Bakı, Tel.: (99412) 497 15 88, 497 49 62, 497 87 63.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq
18.09.2019
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18.09.2019
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info