Ölkəmizdə intihar göstəriciləri inkişaf etmiş ölkələrlə müqaisədə xeyli aşağıdır
Tarix: 11.09.2018 | Saat: 12:26:00 | E-mail | Çapa göndər


Bakıda "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov intihara səbəb kimi fərdin yaşadığı cəmiyyətdə dəyərlərin içərisindən uzaqlaşmasını göstərib.

O qeyd edib ki, əgər insan bu dəyərlərdən uzaqlaşırsa, intihar üçün yol açılır: "Dünyada hər 40 saniyədən bir kimsə intihar edir. Bu da ən çox inkişaf etmiş ölkələrdə baş verir. Azərbaycanda intiharla bağlı göstərici inkişaf etmiş ölkələrlə müqaisədə xeyli aşağıdır".
Psixoloq Rafiq Allahverdiyev çıxışında intiharın psixoloji səbəblərindən danışıb: "Bu gün intihar cəmiyyətin əsas probleminə çevrilib. İntihar vəziyyətdən çıxış yolu tapa bilməyən zaman baş verir. Mərkəzində əsasən fərdi psixoloji problemləri durur”.
Psixoloq qeyd edib ki, bu gün intiharın qarşısını almaq üçün insan şüurunda dəyişiklik edilməlidir: “Fərd sosial münasibətlər qarşısında aciz qalır. Kişilər daha çox özünü asmağa üstünlük verir".
O vurğulayıb ki, dünyada intihar xəstəlik və bədbəxt hadisələrdən sonra insan ölümünə görə 3-cü yerdə dayanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20.04.2019
Türkiyə ordusu dörd şəhid verib
20.04.2019
ABŞ-da fırtına 5 nəfərin ölümünə səbəb olub
20.04.2019
Gürcüstan Prezident Administrasiyasının rəhbəri istefa verdi
20.04.2019
Türkiyə saytları: Biz artıq 10 milyonuq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info