Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunan konsert
Tarix: 12.09.2018 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


Daşkənddəki “Turkistan” sarayında Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş dostluq konserti keçirilib. Konsertdə Azərbaycanın tanınmış müğənniləri də iştirak edib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunan dostluq konsertində dövlət və hökumət nümayəndələri, səfirlər, ictimaiyyət nümayəndələri, diasporumuzun təmsilçiləri, jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanın Nazirlər Kabineti yanında Xarici Ölkələrlə Dostluq Əlaqələri və Millətlərarası Münasibətlər Komitəsinin sədri Rüstambek Qurbanov açıblar.
Hüseyn Quliyev Azərbaycan və özbək xalqları arasındakı tarixi dostluq əlaqələrindən, ötən illərdə əldə edilmiş uğurlardan danışıb. Səfir Azərbaycan və Özbəkistanın müstəqilliklərinin 27-ci ildönümünə həsr edilən bu konsertin təşkilini yüksək qiymətləndirib.
Rüstambek Qurbanov Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək dəyərləndirib, Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O, Azərbaycan-Özbəkistan dostluğunun qədim tarixi haqqında məlumat verib. Xalqlarımızın eyni mədəniyyətə, dilə, adət-ənənələrə mənsub olduğunu qeyd edən komitə sədri müstəqilliyimizin, dostluğumuzun əbədi olması və bu istiqamətdə daim geniş təbliğat aparılmasının vacibliyini vurğulayıb.
Konsertdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artisti, bu il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə, Əməkdar artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev, həmçinin özbək müğənniləri Azərbaycan və özbək dillərində mahnılar ifa ediblər. Gülyanaq Məmmədovanın tamaşaçılarla birgə ifası xüsusi anşlaqla qarşılanıb.
Tədbirdə Özbəkistandakı AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.
Çıxışlar tamaşaçıların alqışları ilə müşayiət olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20.04.2019
Türkiyə ordusu dörd şəhid verib
20.04.2019
ABŞ-da fırtına 5 nəfərin ölümünə səbəb olub
20.04.2019
Gürcüstan Prezident Administrasiyasının rəhbəri istefa verdi
20.04.2019
Türkiyə saytları: Biz artıq 10 milyonuq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info