Azərbaycanda uzunömürlülər daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?
Tarix: 13.09.2018 | Saat: 09:45:00 | E-mail | Çapa göndər



Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkədəki uzunomürlülərin sağlamlığı ilə bağlı vəziyyəti dəyərləndirib.

İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, tədqiq etdikləri uzunömürlülərdə alsheymer xəstəliyi qeydə alınmayıb. Bu da uzunömürlülərin beyin fəaliyyətinin qorunub saxlanmasından xəbər verir.
İnstitut direktoru qeyd edib ki, ölkədəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər:
"Uzunömürlülər fenomendilər. Onlarda stressə davamlılıq çox yüksək səviyyədədir. Belə ki, son tədqiq etdiyimiz kişi uzunömürlülərin demək olar ki, əksəriyyəti Böyük Vətən Müharibəsinin ilk günlərindən sonadək döyüşənlərdir".
U.Həşimova əlavə edib ki, ölkədə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var:
"İlk öncə onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. İkinci səbəb irsi faktor, üçüncü səbəb ekoloji faktor və yaşam tərzidir. İrsi və ekoloji faktorlar adətən bir-birini şərtləndirir. Belə ki, uzunömürlülük ancaq qənaətbəxş ekoloji mühitdə nəsildən-nəslə ötürülür. Uzunömürlülərdə reproduktiv mərhələ xeyli uzun sürür. Məsələn, Lerik rayonunun dəniz səviyyəsindən 1600 m hündürlikdə yerləşən Qosmalyan kəndində yaşayan 96 yaşlı Müslüm Feyziyevin 8 yaşlı oğlu var idi".
U.Həşimova deyib ki, uzunömürlü olmaq üçün yaşam tərzinin, qidalanmanın çox böyük əhəmiyyəti var.
Onun sözlərinə görə, uzunömürlülərin demək olar ki, əksəriyyəti inanclı insanlardır:
"Onlar sinir sisteminin tipinə görə sanqviniklərdir. Onların özünəməxsus həyata baxışı var. Uzunömürlülərdə ölümün qaçılmazlığına və qocalma faktoruna qarşı güclü psixoloji müdafiə mövcuddur. Özünütənzimləmə mexanizmləri çox güclüdür. Belə ki, bütün uzunömürlülərdə orqanizm "qənaət rejimində" fəaliyyət göstərir. Onlar qədərində qidalanır, hərəkət edir, ən çox süd məhsullarından və bitki çaylarından istifadə edirlər. Azərbaycanda başqa ölkələrlə müqayisədə ahıllara və qocalara olan ənənəvi münasibət, xüsusilə ağsaqqallıq institutu, onlara ailədə olan xüsusi diqqət və qayğı da uzunömürlülüyə rəvac verən əsas faktorlardan biridir".
Direktor hazırda institut tərəfindən uzunömürlülərin həm irsi, həm də fizioloji göstəricilərinin, bu fenomenin molekulyar əsaslarının mexanizmlərinin öyrənildiyini də söyləyib.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
08.12.2018
Xaşın sağlamlıq üçün inanılmaz faydaları
07.12.2018
Quş qripi ilə bağlı xəbərdarlıq
07.12.2018
Xarkov vilayətində qrip və kəskin respirator virus infeksiyasına görə əlliyə yaxın məktəb bağlanıb
06.12.2018
Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


11.12 01:06 10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info