Yaponiyanın Rusiya ilə sülh müqaviləsi barədə mövqeyi dəyişməz qalır
Tarix: 14.09.2018 | Saat: 08:50:00 | E-mail | Çapa göndər



Yaponiyanin Baş naziri Şinzo Abe bildirib ki, ölkəsinin Rusiya ilə sülh müqaviləsi barədə mövqeyi dəyişməz qalır. Yaponiya təkid edir ki, müqavilə yalnız dörd mübahisəli ada ilə əlaqədar məsələ həll olunduqdan sonra imzalana bilər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Baş nazir Rusiyadan qayıtdıqdan sonra bu barədə koalisiya tərəfdaşı Komeyto Partiyasının lideri Natsuo Yamaquçi ilə görüşü zamanı bəyan edib.
Vladivostokda keçirilən beynəlxalq konfransda Ş.Abe Rusiya tərəfini sülh müqaviləsi imzalamaq üçün əməkdaşlığa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin isə iki ölkə arasında heç bir ilkin şərt irəli sürmədən ilin sonunadək sülh müqaviləsinin imzalanmasını təklif edib.
N.Yamaquçi ilə görüşdə Ş.Abe deyib ki, o, V.Putinin təklifini sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüs kimi yüksək qiymətləndirir.
Baş nazir, həmçinin bildirib ki, Yaponiya hökumətinin siyasəti dəyişməz qalır və Rusiya ilə sülh müqaviləsi dörd mübahisəli ada məsələsinin həllindən sonra mümkündür.
Hokkaydo adasının şimalında yerləşən dörd ada Rusiyanın nəzarəti altındadır. Yaponiya tərəfi həmin adalara iddialıdır və bu adaları ölkənin ayrılmaz tərkib hissəsi hesab edir. Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar II Dünya müharibəsi nəticəsində qeyri-qanuni yolla işğal edilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10460

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info