Paşinyan siyasətçi olaraq özünü təsdiq edə bilmir
Tarix: 14.09.2018 | Saat: 10:54:00 | E-mail | Çapa göndər




Paşinyan siyasətçi olaraq özünü təsdiq edə bilmir. Faktiki olaraq, bu adam küçə hərəkatına başladıqdan sonra bir-birini təkzib edən bəyanatlarla çıxış edir.

Bu sözləri siyasi şərhçi Azər Həsrət AZƏRTAC-a açıqlamasında deyib.
“Bu, bizim üçün də təəssüfləndirici haldır, çünki Azərbaycan rəhbərliyi normal bir siyasətçi ilə masa arxasında oturub danışıqlar aparmaq istəyir. Paşinyan isə naşı bir siyasətçidir və küçədən gəlib, küçə təfəkkürü ilə siyasət aparır, bu gün dediyini sabah unudur və fərqli bəyanatlarla fikir irəli sürür. Ona görə də Azərbaycan tərəfi onunla masa arxasında oturmaqda çətinlik çəkir. Paşinyan bəzən aqressiv ritorikaya üstünlük verir, bəzən isə sülh çağırışları edir. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin imkanları yüksək səviyyədədir. Bizim hərbi gücümüz Ermənistan hərbi gücünü qat-qat üstələyir. İnsan resursları və iqtisadiyyatımız da çox üstündür. Bütün bunlar faktiki olaraq bizim ölkəmizin işğal faktorunu aradan qaldırmaq üçün öz gücündən istifadə etməsinə imkan verir”,- deyə Azər Həsrət əlavə edib.
Siyasi ekspert bildirib ki, Paşinyanın siyasəti ilə bağlı proqnozlaşdırma aparmaq qeyri-mümkündür, çünki onun siyasətində heç bir məntiq yoxdur. Nə Ermənistan xalqının əksəriyyəti, nə də Rusiya bunu qəbul edir. Prezident İlham Əliyev dəfələrlə çağırış edərək bildirib ki, Minsk qrupunun həmsədri olan dövlətlər problemin həll olunması üçün addımlar atmalıdır. “Arzu edərdik ki, bu münaqişənin həll olunması üçün Ermənistana normal siyasətdən anlayan biri başçılıq edəcək”, - deyə ekspert bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər
17.04.2019
ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info