Tanınmış jurnalist vəfat etdi
Tarix: 14.09.2018 | Saat: 12:04:00 | E-mail | Çapa göndər


Xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı vəfat edib.
Bu haqda jurnalistin bacısı Aytən İsmayılova məlumat verib. Qan xərçəngi (kəskin leykoz) xəstəliyindən əziyyət çəkən yazıçı- jurnalist Nigar İsmayılqızı bu gün səhər dünyasını dəyişib.
Qeyd edək ki, İsmayılova Nigar İsmayıl qızı 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Daha sonra Odlar Yurdu Universitetinin jurnalistika kafedrasında müəllimə olaraq işə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Televiziyasının (AzTv) “Xəbərlər” departamentində müxbir olaraq fəaliyyətini davam etdirib. 2013-ci ildə Azad Azərbaycan kanalının “Xəbərlər” departamenində müxbir, redaktor kimi işləyib.
2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. İstanbulda yerləşən “GEM.TV” kanalında redaktor olaraq işini davam etdirib, “Xatirələrdə yaşayan Nazım” adlı sənədli film hazırlayıb. Daha sonra İstanbulda yeni qurulan “ Kardelen Medya” şirkətində “Nazimin Bakı izləri” adlı sənədli filmini təqdim edib. 2017-2018 ci ildə “Kardelen Medya” şirkətində “İnsan Kaynakları Müdüri” olarak fəaliyyətini davam etdirib.
Son aylara qədər “GÜN.AZ” kanalında “Economi durağı” proqramında aparıcılıq və Türkiyə vəkillərinə həsr olunan “Vəkilin sirrli qələmi” adlı proje üzərində işləyib. 2018-ci ildən etibarən gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnamın Prezidenti Çan Day Kuanq vəfat edib
20.09.2018
Oğurluq edən şəxsi döyən mağaza direktoru və satıcılar saxlanılıb
20.09.2018
Malayziyada 21 nəfər saxta viskidən zəhərlənərək ölüb
19.09.2018
Rusiyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb
18.09.2018
Türkiyədə avtobusun aşması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info