Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub
Tarix: 14.09.2018 | Saat: 12:15:00 | E-mail | Çapa göndər


Ukraynanın paytaxtı Kiyevdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun baş qərargahında keçirilən təqdimatda Azərbaycan diasporunun üzvləri, tələbələr, Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin birinci müavini Murad Cəfərov açaraq kitabda haqqında yazılan insanların Azərbaycanın təbliği ilə bağlı gördükləri işlər barədə məlumat verib.
Müəllif Fuad Hüseynzadə çıxış edərək qeyd edib ki, bu kitab dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə hazırlanıb: “Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”. Bildirib ki, kitabda 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb: “Ümumi olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Kitabda Ukraynada yaşayan 10-dan çox soydaşımızın, eləcə də bir ukraynalı gəncin müsahibəsi yer alıb". Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru, akademik Arif Quliyev, Kiyev Politexnik İnstitutunun əməkdaşı, texniki elmlər namizədi Ədalət Abıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin müavini Elşad İbrahimov, Ukraynada Gənclər Dünyası İctimai Birliyinin, eləcə də "Qafqaz" xalq rəqs ansamblının rəhbəri Nicat Mirzəyev çıxış edərək kitabın çapını dünya azərbaycanlılarının həmrəyliyinin daha da gücləndirilməsi yolunda atılan müsbət addım kimi qiymətləndiriblər. Qeyd edilib ki, belə kitabların ingilis və rus dillərində də çap olunması önəmlidir. Xatırladaq ki, bundan öncə kitabın Rusiya (Moskva, Krasnoyarsk və Samara şəhərlərində) İsveç, ABŞ, Yaponiya, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Hollandiya və Litvada da təqdimatı keçirilib. Qeyd edək ki, tədbir çərçivəsində “Azərbaycanın turizm potensialının internet vasitəsilə təbliği” adlı kitabçanın da təqdimatı olub. Kitabça Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi çərçivəsində çap edilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş təsdiq olunub
13.11.2018
Müavinəti haqqı olan hər kəs alacaq
13.11.2018
Cəfər Pənahinin “Üç üz” filmi “CinemaPlus”da
13.11.2018
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
12.11.2018
Slovakiyanın Baş naziri Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info