Azərbaycanda mövcud olan dinlərin tarixi və mədəniyyəti ilə bağlı tədqiqat mərkəzləri açılacaq
Tarix: 14.09.2018 | Saat: 12:12:00 | E-mail | Çapa göndər


“Aİİ Alban-Udi Xristian dini icması ilə birgə Qafqaz Albaniyasının irsinin araşdırılması istiqamətində birgə tədbirlər həyata keçirəcək”
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ilə görüşüb.
Rektor Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilini salamlayaraq Azərbaycan İlahiyyat İnstitututunun yaranma məqsədi və İnstitutun tədris standartları barədə ətraflı məlumat verib. O, Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dünya dinləri, xüsusən də Yəhudilik və Xristianlıq haqqında fənlərin tədris ediləcəyini qeyd edərək gələcəkdə Azərbaycanda mövcud olan dinlərin tarixi və mədəniyyəti ilə bağlı tədqiqat mərkəzlərinin, həmçinin yəhudilik və xristianlıqla bağlı ixtisasların açılmasının planlaşdırıldığını qeyd edib. C.Məmmədov gələcəkdə institutun tələbələrinin Nic kəndinə ekskursiyasının təşkilinin, alban-udi icması ilə birlikdə seminar və konfransların keçirilməsinin, Qafqaz alban irisinin araşdırılması istiqamətində dini ədəbiyyatın nəşrinin nəzərdə tutulduğunu da bildirib. Eyni zamanda Aİİ rektoru bu sahədə dünyada mövcud olan qabaqcıl elmi müəssisələrlə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Azərbaycanda tarixən dinlərarası münasibətlərdə tolerant mühitin mövcud olduğunu qeyd edən rektor ölkəmizdə dini icmalara dövlət tərəfindən böyük qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, dövlətin dini qurumlara mütəmadi olaraq maliyyə vəsaitinin ayırdığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət göstərdiyini bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, dini təhsil müəssisələrinin yaradıldığını vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda qeyri-müsəlman dini icmaların nümayəndələrinin təhsil almaları üçün yaradılan şəraitdən danışıblar. İcma sədri Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə öz vətəninə bağlı milli mütəxəssislərin hazırlanmasına ciddi ehtiyac olduğunu vurğulayıb. Təmsil etdiyi icma ilə İlahiyyat İnstitutu arasında əməkdaşlığa hazır olduqlarını qeyd edən Robert Mobili Alban-Udi Xristianlığına aid birlikdə kitab nəşr etdirməyin mümkünlüyünü bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”
21.09.2018
Böyüklərə qayğı hər bir insanın mənəvi borcudur
21.09.2018
Girov götürülən şəxslərin hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb
21.09.2018
Prezident Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
21.09.2018
Qahirənin cənubunda 4 min yaşı olan məqbərələr aşkar edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info