Statistika Komitəsi Rusiyada keçirilən beynəlxalq tədbirlərdə təmsil olunur
Tarix: 14.09.2018 | Saat: 12:40:00 | E-mail | Çapa göndər


Sentyabrın 12-15-də Sankt-Peterburqda Rusiya Dövlət Statistika Federal Xidməti və Dünya Bankının birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) monitorinqi üçün statistik potensialın artırılması” mövzusunda beynəlxalq seminar və Dayanıqlı İnkişaf Məqsədləri Statistikası üzrə BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının İdarəetmə Qrupunun iclası keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak edir.
Komitədən bildirilib ki, üç gün davam edən beynəlxalq seminar və iclasda qlobal, regional və milli səviyyədə DİM göstəricilərinin monitorinqi sahəsində əldə olunun son nailiyyətlər, göstəricilər üzrə milli məlumatların toplanması, işlənməsi, yayılması, beynəlxalq təşkilatlara ötürülməsi və onların doğru-dürüstlüyü sahəsində mövcud problemlər, DİM göstəriciləri üzrə milli hesabatlıq platformalarının hazırlanmasına dair ölkə təcrübələri, habelə BMT-nin DİM göstəriciləri üzrə Təşkilatlararası və Ekspert Qrupu (IAEG-SDG) tərəfindən hazırlanmış qlobal göstəricilər sisteminin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər müzakirə edilir. Həminin DİM-in monitorinqi üçün statistik potensialın artırılması, Statistik Məlumatların və Metaməlumatların Mübadiləsi Standartının (SDMX) DİM göstəricilərinə milli səviyyədə tətbiqi məsələləri, DİM-in monitorinqində peyk təsvirlərindən istifadə imkanları, BMT-nin Avropa İqtisadi Komissiyasının DİM üzrə yol xəritəsinin növbəti mərhələləri və İdarəetmə Qrupunun 2019-cu ildə keçiriləcək iclasının gündəliyi nəzərdən keçirilib.
Seminarda Dövlət Statistika Komitəsinin nümayəndəsi də təqdimatla çıxış edərək DİM-in monitorinqi üçün statistik potensialın artırılması istiqamətində ölkəmizdə həyata keçirilən təşəbbüslər, DİM-ə milli səviyyədə nail olunmasına dair milli göstəricilərin müəyyən edilməsi, göstəricilər üzrə statistik məlumatların toplanması, işlənməsi və müvafiq hesabatın hazırlanması prosesinin əlaqələndirilməsinə yüksək siyasi töhvə verən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə məsul qurumlar qarşısında qoyulmuş konkret vəzifələr və "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı" çərçivəsində hazırlanan Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli məlumatlandırma portalı barədə məlumat verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Ölkə ərazisində havanın hərarəti 13 dərəcəyə yüksələcək
24.01.2019
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir
24.01.2019
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
24.01.2019
Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info