Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Tarix: 14.09.2018 | Saat: 12:44:00 | E-mail | Çapa göndər


Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib. İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, eləcə də “Azexport” portalının, Regional İnnovativ Texnologiyalar Akademiyasının, “VialonServis” və “ALbuket.az” saytının nümayəndələri iştirak edib. İclasda Təşkilat Komitəsinin rəhbəri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib ki, ölkədə elektron ticarətin inkişafı, bu istiqamətdə dövlət və özəl qurumlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ardıcıl işlər aparılır. O qeyd edib ki, bu istiqamətdə aparılan işlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elektron ticarətin inkişafı ilə bağlı hədəflərə əsaslanır.
“24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakı Elektron Ticarət Forumu - “BEF-2018” beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin əmri ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət Təşkilat Komitəsi yaradılıb. Ötən dövr ərzində Forumun maraqlı və faydalı keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülüb. Bakı E-ticarət Forumu ölkəmizdə e-ticarət sahəsində bu miqyasda təşkil olunan ilk beynəlxalq tədbirdir. Hesab edirəm ki, elektron ticarətin inkişafına təkan verəcək” - deyə nazirin birinci müavini bildirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
16.01.2019
“SOCAR karbamid” zavodunda 500 nəfər daimi işlə təmin ediləcək
16.01.2019
“SOCAR karbamid” zavodu ölkəyə hər il 160 milyon dollar gəlir gətirəcək
16.01.2019
Prezident İran Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
16.01.2019
“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info