İsrail ilə fövqəladə hallar sahəsində əməkdaşlıq inkişaf edir
Tarix: 14.09.2018 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, nazir Kəmaləddin Heydərov iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edərək Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə İsrail Müdafiə Nazirliyi Fövqəladə Halların İdarə Edilməsi Milli Agentliyinin səmərəli əməkdaşlığından danışıb.
Nazir iki dövlət arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, bu istiqamətdə gələcəkdə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman görüşə görə təşəkkürünü bildirib, hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətindəki əməkdaşlığın əhəmiyyətindən danışıb. Nazir bu sahədə mövcud əlaqələrin daha da dərinləşdirilməsinin mühümlüyünü vurğulayıb.
Sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən videoçarx nümayiş olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info