İlin sonuna Azərbaycanda 10-cu milli park yaradılacaq
Tarix: 14.09.2018 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Azərbaycanda bioloji müxtəlifliyin qorunması üçün bir sıra xüsusi tədbirlər həyata keçirilir. Ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində vacib tədbirlər görülür. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə söyləyib. O deyib ki, Azərbaycanda hazırda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 yasaqlıq fəaliyyət göstərir. 2018-ci ilin sonuna qədər isə 10-cu milli park yaradılacaq. Artıq sənədləşmə işləri yekunlaşıb və hökumət qərarı gözlənilir. Yeni milli park Azərbaycanın cənubunda yerləşən Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq. Bu, çox vacib ekosistemdir və 100 min hektar sahəni əhatə etməklə Azərbaycanın ən böyük dənizkənarı milli parkı olacaq. Ərazisinin böyüklüyünə görə, bu, Azərbaycanda ikinci ən böyük milli park olacaq. Birinci yerdə isə Şahdağ Milli Parkıdır - 130 min hektar. Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, Azərbaycanda ilk biosfer qoruğunun Zaqatala-Balakən zonasında yaradılması işləri də aparılır. Bu işlərdə Almaniya İnkişaf Bankı Azərbaycana maliyyə dəstəyi göstərəcək. Sənədləşmə işləri bitib, layihənin icrasına başlanılacaq və 4 ilə bitəcək. Hazırda ölkənin 10,3 faizi xüsusi mühafizə olunan təbiət ərazisidir. Bu işlər başa çatandan sonra xüsusi mühafizə olunan təbiət əraziləri ümumi ölkə ərazisinin13 faizə qədərini təşkil edəcək ki, bu da Avropa göstəricilərindən yüksəkdir.




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”
17.04.2019
Masallıda Nəsimiyə həsr olunan tədbir keçirilib
16.04.2019
Mübariz İbrahimovun ev muzeyini ziyarət
15.04.2019
Masallıda şagirdlər arasında “İnşa- yazı” müsabiqəsi
15.04.2019
Masallıda Orduya yaz çağırışı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info