“Bunlar Azərbaycan xalqının dəyərləri deyil“
Tarix: 14.09.2018 | Saat: 13:13:00 | E-mail | Çapa göndər


Azərbaycanda ziyalı, İslam dinini gözəl bilən, savadlı qadın mollalara ehtiyac var. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, din işçisi yalnız kişilər olmalı deyil: "Təhsilli, İslamı bilən qadın mollalara ehtiyac var. Onlar məscidlərə rəsmi təyinat da ala bilərlər. Türkiyədə belə kadrlar var. Ümid edirəm ki, bizim də belə kadrlarımız olacaq".
E.Kərimova bildirib ki, bu gün Azərbaycanda qadın mollaların çoxu yas mərasimlərinə dəvət edildikdə yalnız xürafatı yayırlar: "Biz görürük ki, yas mərasimlərini heç bir dini təhsili, din barədə ətraflı məlumatı olmayan qadınlar aparırlar. Onlar hansısa ayini, mərsiyəni əzbərləyirlər, yaxşı ağlaşma qururlar. Belə qadınlar məclislərə dəvət edildikdə orada yalnız xürafat yayırlar. İnsanlar heç bir şəkildə maariflənmir".
E.Kərimova qeyd edib ki, yas mərasimlərində "Qurani-Kərim" oxuna bilər, islamın əsasları və dəyərləri təbliğ edilə bilər.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə deyib ki, qadın mollaların 80-90 faizi məclislərdə cahillik aşılayırlar: "Qadın mollalarla bağlı saf-cürük aparılmalıdır. Buna "Azərbaycan xalqının dəyəridir, olmaz" deyə etiraz edə bilərlər. Amma bunlar Azərbaycan xalqının dəyərləri deyil".

Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək
16.01.2019
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb
16.01.2019
Hava şəraiti ilə bağlı işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
16.01.2019
Seymur Mövlayev Aqrar Xidmətlər Agentliyinin sədri təyin edilib
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info