“Türk Hava Yolları” yeni uniformasını təqdim edib
Tarix: 14.09.2018 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


“Türk Hava Yolları” aviaşirkətinin yaradılmasından ötən 85 müvəffəqiyyətli ili qeyd etmək məqsədilə kabin ekipajı üçün yeni uniformalar təqdim edilib. İstanbulda inşa olunan və Türkiyə aviadaşıyıcısının “yeni evi”nə çevriləcək aeroportun fəaliyyətə başlaması ilə formaları ekipaj üzvlərinin əynində görmək mümkün olacaq.
Türkiyə mədəniyyətinin çoxsaylı klassik elementlərindən ilhamlanaraq hazırlanmış yeni uniformanın tərzi özündə şüşə və keramikadan hazırlanmış əl işlərində istifadə olunan milli ornamentləri, kaliqrafiyanı, müasir tekstura və detalları birləşdirir. Kolleksiyada Bosfor boğazını xatırladan forma və rənglər, həmçinin, xüsusi olaraq Türkiyənin ən dinamik şəhərinin – Şərq və Qərbin birləşdiyi yerin möhtəşəm aktiv enerjisini simvolizə etməsi üçün yaradılmış “axım” həndəsi ornamentindən istifadə edilib.
Dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən “Türk Hava Yolları” ölkənin milli aviadaşıyısının yeni erasından və brend obrazından xəbər verən dinamik uniforma dizaynının yaradılması üçün Milan kutüryesi Ettore Bilottanı seçib.
Tünd qırmızı və antrasit boz palitrada olan bu unikal kolleksiyaya şlyapalar, əlcəklər, donlar, kostyumlar, çantalar və aksessuarlar daxildir. Layihənin digər mühüm cəhətlərindən biri də odur ki, kabin ekipajı, pilotlar, bortdakı baş aşpazlar və digər xidmətləri göstərən işçilərin uniforma dizaynı vahid üslubda olacaq, bu da sərnişinlərə brendi bir bütöv olaraq qəbul etməyə imkan verəcək.
“Türk Hava Yolları eleqantlgq və rahatlgrg bir araya gətirə bilən bu cğr yaradgcg və orijinal istedadlarla əməkdaölgqdan hər zaman məmnunniyyət duyur. Tğrk dizayng və mədəniyyətinin milli elementlərini qoruyan yeni uniforma aєirkətimiz kimi qonaqpərvərlik mədəniyyətinə sadiqdir”, - deyə “Tğrk Hava Yollarg”ngn Gdarə Heyətinin və Gcraiyyə Komitəsinin sədri Mehmet Glker Aycg qeyd edib.

Formanın dizayneri Ettore Billotta bildirib: “Mən “Türk Hava Yolları” üçün dizaynla məşğul olmağa başlayanda ilk olaraq məni ilhamlandıran İstanbul şəhəri idi. Bu şəhər əsrlərboyu müxtəlif növ incəsənət və mədəniyyətlərin qarışdığı bir tiyana bənzəyir, İstanbul bir çox mədəniyyətin ümumi zəngin irsinə sahib olan nadir bir şəhərdir. Mən ənənəvi xəttatlıq və mozaikadan müasirliyi vurğulayan aktual türk motivləri təfsiri ilə uyğun elementlər əlavə etmək istədim ki, təzad və ikililiyi əks etdirə bilim”.
Formanın yeni dizaynın buraxılması üçün Türkiyənin milli aviadaşıyıcısı dünyaca məşhur britaniyalı fotoqraf və rəssam Maylis Oldrici cəlb edib. O, İstanbulun qeyri-adi yerlərində “Türk Hava Yolları”nın uniformasının yeni kolleksiyasının fotolarını çəkib.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib
18.03.2019
Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
18.03.2019
Binədə 2 küçə təmir edilib
18.03.2019
İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info