Erməni hərbiçi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin yalanlarını üzə çıxarıb
Tarix: 14.09.2018 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Ermənistanın Hərbi Polisinin əməliyyat şöbəsinin keçmiş əməkdaşı, ölkəsində siyasi təqiblərə dözməyərək hazırda Avropada mühacirət həyatı yaşayan Vardan Gukasyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın yalanlarını üzə çıxarıb.
Analitik Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, ötən gün Ermənistan ordusunun rəsmisi A.Davtyan 2008-ci il 1 mart hadisələri ilə bağlı absurd bəyanatla çıxış edib. A.Davtyan bildirib ki, ordu heç kəsə güllə atmayıb. Əgər atəş açılıbsa, bunu başqa adamlar edib. Bu məsələdə bütövlükdə ordunun adını çəkmək düzgün deyil. Orduya bu cür əmr verilməmişdi. Məhz bu ağ yalan həqiqətləri xalqına çatdırmaq istəyən V.Gukasyanı özünün şəxsi “Youtube” kanalında videomüraciət yerləşdirməsinə məcbur edib. O bildirib ki, 1 mart hadisələri ilə bağlı aparılan araşdırma proseslərini yaxından izləyən bir şəxs kimi hazırda fəaliyyətdə olan baş qərargah rəisinin verdiyi açıqlama onu təəccübləndirib. “Mən 2008-ci ildə Hərbi Polisin əməliyyat şöbəsinin zabiti olaraq 1 mart hadisələrində meydanda olmuşam. Mərkəzi meydanı Vazgen Sarkisyan adına ali məktəbin kursantları və hərbi polis qoruyurdu. Hökumət binasında Qarabağdan gətirilən hərbi qulluqçuların da olduğunun şahidiyəm”, - deyə keçmiş hərbi polis əməkdaşı bildirib. V.Guqasyan onu da qeyd edib ki, Qarabağdan gətirilən xüsusi təyinatlı dəstə 20 gündən artıq müddətdə hökumət binasında yerləşdirilib.
E.Aşırlının sözlərinə görə, bununla yanaşı, V.Guqasyan öz şəxsi kanalındakı canlı yayımda həmin dövrdə 4-cü korpusun Araratda yerləşən alayı şəxsi heyətinin bir hissəsinin Naxçıvan istiqamətindəki mövqelərdən çıxarılaraq İrəvana gətirilməsi, həmçinin Qarabağdan qüvvələrin bir qisminin hökumət binasının qarşısında yerləşdirilməsindən də bəhs edib.
O deyib: “Həmin dövrdə hərbi polis rəisi Vladimir Qasparyan binadan çıxaraq hamımıza prezidentin əmr imzaladığını çatdırdı. Prezidentin adından deyirəm ki, xalq “Marriot” mehmanxanası tərəfdən göründüyü anda atəş açın. Ancaq insanların ayaqlarını nişan alın. Qarabağdan gətirilən xüsusi təyinatlı dəstə bu işdə fəallığı ilə seçilib. İndi baş qərargah rəisi hansı əsasla nə danışır bilmirəm, ancaq Qarabağdan qoşun gətirilib və onlar 20 gündən artıq müddətdə İrəvandakı hökumət binasında olublar”.
Beləliklə, növbəti dəfə Ermənistan Müdafiə Nazirliyi və silahlı qüvvələr rəhbərliyinin 2008-ci il 1 mart hadisələri ilə bağlı erməni xalqına danışdığı yalanlar ifşa olunub. Bu da onu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökumətinin 1 mart hadisələri ilə bağlı apardığı araşdırmalar həqiqətlərə uyğun deyil, o, sadəcə xalqı aldatmağa və öz hakimiyyətini möhkəmləndirməyə yönəlib.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info