İran ATR konsernini beynəlxalq məhkəməyə verəcək
Tarix: 14.09.2018 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


“İran dünyaca məşhur təyyarə istehsalçısı olan ATR konsernini beynəlxalq məhkəməyə verəcək”. Bu sözləri İran parlamentinin komitə sədri Məhəmmədrza Rezayi deyib. Onun sözlərinə görə, İran ilə konsern arasında 400 milyon dollar dəyərində müqavilə imzalanıb. Müqaviləyə əsasən ATR İrana 20 sərnişin təyyarəsi satmalı idi. Konsern ötən iki il ərzində İrana yalnız 13 təyyarə satıb. ABŞ “nüvə razılaşması”ndan birtərəfli qaydada çıxaraq İrana qarşı iqtisadi sanksiyaları bərpa etdikdən sonra konsern müqavilənin şərtlərini pozub və qalan 7 təyyarəni istehsal edib İrana satmaqdan imtina edib. M.Rezayi bildirib ki, ATR konserni istənilən vəziyyətdə imzaladığı müqavilənin şərtlərinə əməl etməlidir. Əgər müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edirsə, onda İrana kompensasiya ödəməlidir. ATR konserni hələlik İranın iddialarına cavab verməyib. Lakin cari ilin iyulunda konsernin icraçı direktoru Kristian Şerer bəyan edib ki, İran ilə imzalanmış müqavilənin pozulması nəticəsində konsernə külli miqdarda maddi ziyan dəyəcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info