Putin və Ərdoğan sentyabrın 17-də Soçidə görüşəcəklər
Tarix: 14.09.2018 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də Rusiya lideri Vladimir Putinlə Suriyada yaranan vəziyyəti müzakirə etmək niyyətindədir. Anadolu Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda keçirilən mətbuat konfransında deyib. “Son günlər müxtəlif ölkələrlə danışıqlar aparırıq. Biz terrorla mübarizə aparmağa hazırıq, həmçinin Suriya böhranının siyasi yolla həll olunmasını istəyirik və bu məsələlərdə əməkdaşlığa razıyıq. Lakin terrorla mübarizə bəhanəsi ilə qadın, uşaq və mülki şəxslərə zərbələr vurulmasının əleyhinəyik. Yaxın günlərdə Prezident Ərdoğan Suriyada yaranan vəziyyəti Vladimir Putinlə müzakirə edəcək” - deyə Çavuşoğlu bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının sentyabrın 17-də Soçidə görüşünə hazırlıq görüldüyünü təsdiqləyib Qeyd edək ki, 2017-ci ildə Suriyanın İdlib əyalətində silahlarını könüllü şəkildə yerə qoymaq istəməyən üsyançıların və onların ailə üzvlərinin keçə biləcəyi şimal təhlükəsizlik zonası yaradılıb. BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın məlumatına əsasən, bu regionda üsyançı “Cəbhət ən-Nusra” hərəkatının 10 min döyüşçüsü fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info