Şəki Xan Sarayının UNESCO-nun siyahısına daxil edilməsi istiqamətində iş aparılır
Tarix: 14.09.2018 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


“Hazırda Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi istiqamətində iş aparılır”. Bu fikri UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirilib ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub. “UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında hansısa maddi-mədəniyyət nümunəsi, irsi ilə bağlı qərar çıxarılırsa, bu həm də həmin ölkənin bəşəriyyətin tarixinə adını yazdırması deməkdir”- deyə nazir vurğulayıb. Nazir deyib ki, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ildə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu isə 2007-ci ildə UNESCO-nun İrsi Siyahısına salınıb. Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 43-cü sessiya 2019-cu il iyunun 30–dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Daşkənddəki teatr yeni mövsümü “Arşın mal alan” musiqili komediyası ilə açıb
20.09.2018
Bakıda dünya şöhrətli “New Life Brass” kvintetinin konserti olub
19.09.2018
Bədii əsərdə yer alan qəhrəmanlar tarix səhnəsində tez-tez xatırlanır
19.09.2018
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
19.09.2018
Sumqayıt teatrı 50-ci yubiley mövsümündə Hüseyn Cavidi anacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info