Çinli sahibkarlar Ələtdə istehsal sahələri yarada bilərlər
Tarix: 14.09.2018 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Çinin Liaonin vilayəti ilə Azərbaycan arasında iqtisadi forum keçirilib

Çinin Şenyan şəhərində Liaonin vilayəti ilə Azərbaycan arasında iqtisadi və mədəni forum keçirilib. Liaonin vilayətinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Li Çenci rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək deyib ki, onlar müxtəlif layihələr vasitəsilə xarici ölkələrlə əlaqələrin hərtərəfli inkişafına çalışırlar. Li Çenci Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin bu yaxınlarda Azərbaycana səfər etdiyini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə əməkdaşlıq məsələlərini müzakirə etdiyini xatırladıb. O, belə forumların Liaonin vilayətində Azərbaycanın daha yaxşı tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini, bu məsələdə yüksək səviyyəli səfərlərin vacib rol oynadığını deyib. Bildirib ki, Azərbaycanın xarici siyasətində Çin ilə əlaqələrin genişlənməsi prioritet istiqamət kimi müəyyən edilib. O, ölkələrimizin müxtəlif bölgələri arasında da əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu deyərək, iqtisadi layihələrin icrasının, mədəni tədbirlərin təşkilinin bu əməkdaşlığa böyük töhfələr verdiyini deyib. Qaradağ rayonu haqqında məlumat verən S.Mikayılov bildirib ki, əlverişli coğrafi mövqeyi olan rayon, respublikanın iri neft-qaz və qeyri-neft müəssisələrinin yerləşdiyi sənaye mərkəzlərindən biridir. O, çinli iş adamlarını Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanmağa, Qaradağ rayonu ərazisində yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasında istehsal və xidmətlərin qurulmasında yaxından iştiraka dəvət edib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndəsi Rəşad Kərimov liman və Ələt Azad İqtisadi Zonası haqqında təqdimatla çıxış edib. Bildirib ki, Ələt qəsəbəsindəki yeni müasir limanın illik aşırma potensialı 15 milyon ton yük, həmçinin 100 min TEU konteyner təşkil edir. İkinci mərhələdə limanın imkanları 25 milyon ton yükə və 500 min konteynerə çatacaq, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacaq. Ən son texnoloji avadanlığın quraşdırıldığı liman Şimal və Cənub, Şərq və Qərb arasında, habelə Çin yüklərinin müxtəlif istiqamətlərdə daşınmasında əhəmiyyətli rola malikdir. Diqqətə çatdırılıb ki, çinli sahibkarlar Ələt Azad İqtisadi Zonasının imkanlarından istifadə edərək, burada istehsal sahələri yaradaraq öz məhsullarını qonşu ölkələrə ixrac edə bilərlər. Tədbirdə Azərbaycanın muğam üçlüyü xalq mahnılarımızı, muğamlarımızı ifa edib. Sonra çinli iştirakçıların Azərbaycanla bağlı sualları cavablandırılıb, ölkəmizə dair videoçarxlar nümayiş olunub, broşürlər paylanılıb. Azərbaycan nümayəndə heyəti Şenyan şəhərindəki istehsal müəssisələrindən birinə baş çəkib, əməkdaşlıq məsələlərini müzakirə edib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yerli kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan-Çin münasibətlərindən, ölkəmizin biznes və sərmayə mühitindən danışıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info