Azərbaycanın Baş naziri İsrailin müdafiə naziri ilə görüşüb
Tarix: 14.09.2018 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov sentyabrın 14-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Novruz Məmmədov İsrailin müdafiə nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. “Bu gün Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir. Ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə biz iki ölkə arasında yaxşı əlaqələr qura bilmişik”, - deyə Baş nazir vurğulayıb.
Azərbaycan-İsrail münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin önəmli olduğunu qeyd edən Novruz Məmmədov bildirib ki, bu əlaqələrin inkişafında hə iki ölkə maraqlıdır. Ölkələrimiz arasında münasibətlərin inkişafı regional və beynəlxalq təhlükəsizlik baxımından da önəmlidir. Azərbaycanın tolerantlıq ənənələrindən danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayırlar.
Azərbaycana hər səfəri zamanı böyük məmnunluq hissi keçirdiyini vurğulayan İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəmizdə özünü doğma evindəki kimi hiss etdiyini qeyd edib. Ölkələrimiz arasında uzun illərdir mehriban və möhkəm əlaqələrin mövcud olduğunu qeyd edən müdafiə naziri bildirib ki, bu münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Hazırda hər iki ölkə rəhbərlərinin səyləri nəticəsində bu əlaqələr inkişaf edir. Görüşdə hərbi sahə ilə yanaşı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info