SOCAR-ın nümayəndə heyəti ABŞ-da Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini müzakirə edib
Tarix: 14.09.2018 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Sentyabrın 11-dən 13-dək SOCAR-ın nümayəndə heyəti ABŞ-ın paytaxtı Vaşinqtonda işgüzar səfərdə olub. Səfər zamanı nümayəndə heyətinin rəhbəri, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ABŞ-ın müvafiq dövlət rəsmiləri və aparıcı transmilli şirkətlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib, Atlantik Şurasında “Cənub Qaz Dəhlizi və Avropanın təbii qaz təchizatı” mövzusunda aparılan müzakirələrdə çıxış edib. SOCAR-dan bildirilib ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasında beynəlxalq iqtisadiyyat (enerji və iqlim) üzrə baş direktor Uels Qriffit, ABŞ enerji katibinin köməkçisi D.Vaynberq, ABŞ Dövlət Departamentində dövlət katibinin köməkçisinin və enerji resursları bürosunun rəhbərinin müavini xanım Sandra Oudkirk, Texas ştatından Respublikaçı konqresmen C.Barton ilə görüşlərdə iki ölkə arasında enerji əməkdaşlığının strateji səviyyəsi, SOCAR tərəfindən həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfədən söhbət açılıb. Cənub Qaz Dəhlizi və onun ayrı-ayrı komponentlərinin icrasına ABŞ tərəfindən göstərilən davamlı siyasi dəstəyin Prezident Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Cənub Qaz Dəhlizinin açılışı və “Xəzər neft-qaz 2018” konfrans və sərgisi münasibətilə göndərilən məktublarda da öz əksini tapdığı qeyd olunub. Sentyabrın 12-də Azərbaycanın ABŞ-dakı səfirliyində “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçı ölkələrin və ABŞ dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Cənub Qaz Dəhlizinə həsr olunan “dəyirmi masa” keçirilib. Tədbirdə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsinin Avropanın, Balkanların enerji təchizatına, eləcə də qitənin dekarbonizasiyasına töhfə verəcəyi xüsusi vurğulanıb. V.Bəylərbəyov qeyd edib ki, TAP, həmçinin gələcəkdə dəhlizin ötürücülük gücünün iki dəfəyədək artırılması hesabına Mərkəzi və Qərbi Avropaya qədər genişləndirilmiş və şaxələndirilmiş enerji təhlükəsizliyi sisteminin formalaşmasında əhəmiyyətli rola malik olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info