Bakıda “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçiriləcək
Tarix: 14.09.2018 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Sentyabrın 16-18-də Bakıda Türkiyənin ən böyük moda şousu olan “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçirəcək. Sərgidə Türkiyənin ən məşhur tekstil şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər. Tədbir çərçivəsində Rusiya estradasının məşhur ulduzlarının konsertləri və “party”lər təşkil olunacaq.
“Flame Towers” hotelinin “Balo” zalında keçiriləcək “Dosso Dossi Fashion Show” sərgisində Türkiyənin 40 tekstil şirkətinin nümayiş etdirəcəkləri məhsullar Azərbaycan alıcılarının tələbatına tam cavab verir. Sərgi Türkiyənin məşhur tekstil markaları ilə 30 ölkədən gələn hazır geyim topdan satış nümayəndələrini bir araya gətirərəcək. Sentyabrın 16-da qapılarını ziyarətçilərin üzünə açacaq “Dosso Dossi Fashion Show” sərgisində Azərbaycan və qonşu ölkələrdən olan qonaqlar da daxil olmaqla təxminən 4 min nəfərin iştirakı gözlənilir.
Türk tekstil brendlərinin rəngarəng məhsulları stendlərdə nümayiş olunacaq və ziyarətçilərə payız-qış mövsümünə uyğun “Arno”, “Nexx”, “Samsara”, “Gizzly Plus”, “Fimore”, “Phardi”, “Rich Line” və s. brendlərin məhsulları təklif olunacaq. Xüsusi hazırlanmış toxuculuq məhsullarını təqdim edəcək stendlər isə Türkiyə və Azərbaycan toxuculuq sənətinin nümayəndələri üçün əhəmiyyətli bir görüş nöqtəsi olacaq.
“Dosso Dossi Fashion Show” sərgisi çərçivəsində sentyabrın 17-də Bakının məşhur əyləncə meydanı sayılan “Enerji Club”da Rusiya estradasının tanınmış müğənniləri Natan və Anna Sedokova konsert verəcəklər. Sərgi sentyabrın 18-də işinə yekun vuracaq.

“Dosso Dossi”nin baş direktoru Hikmet Eraslan Azərbaycana gəldikləri üçün xoşbəxt olduqlarını söyləyib: “Ötən il “Dosso Dossi”nin moda nümayişi və konsertləri ilə Bakıda bir festival ab-havası yaşadıq. Bu gün biz yenidən Bakıda dostlarımızla birgəyik. Türk və Azərbaycan xalqları arasında bir çox ortaq cəhətlər var. Özümüzü evimizdə hiss edirik. Moda aləmi “İki dövlət – bir millət” konsepsiyasına öz töhfəsini verərək, Türkiyə ilə Azərbaycan arasında mövcud dostluq əlaqələrini bir qədər də möhkəmlədəcək”.
Qeyd edək ki, “Dosso Dossi Fashion Show”da indiyədək Adriana Lima, İzabel Fontana, Miranda Kerr, İrina Şeyk, İzabel Qular, Ana Beatriz Barros, Kendall Cenner, Lindsey Ellinqson və Erin Hiterton kimi modellərlə yanaşı “Qırmızı agent” adı ilə tanınan rusiyal; teleaparıcı Anna Çapman da iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Gedir dayanmadan zamanın köçü”
13.11.2018
İsa Həbibbəyli: “Dövlətçilik ideyalarının folklorda yaşadılması Cümhuriyyət üçün mənəvi əsas formalaşdırıb”
12.11.2018
El aşıq və şairlərinin irsi toplanmalıdır
12.11.2018
Özbəkistanda Hüseyn Cavidə həsr olunmuş beynəlxalq konfrans keçirilib
12.11.2018
O, ELƏ BİR İSİM Kİ...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10460

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info