BANM-də yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib
Tarix: 14.09.2018 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) yeni - 2018/2019-cu tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BANM-in rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT-nin Baş katibinin müavini və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNİTAR)-ın İcraçı direktoru Nikhil Set, SOCAR-ın vitse-prezidentləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.
Öncə qonaqlar ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq müasir Azərbaycan dövlətinin qurucusuna öz dərin ehtiramlarını bildiriblər. Dövlət himni səsləndikdən sonra BANM-in rektoru Elmar Qasımov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2018/2019-cu tədris ilində I qrup üzrə Prezident təqaüdünə layiq görülən 26 nəfər məhz BANM-in tələbəsidir və bu göstərici ilə məktəb Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir. Rektor vurğulayıb ki, 2018-ci ildə I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 13 nəfərin hər biri BANM-i seçib. Bildirilib ki, keçən il olduğu kimi, bu il də ölkə üzrə ən yüksək keçid balı ali məktəbin yeni “İnformasiya təhlükəsizliyi” ixtisasına aiddir. E.Qasımov bu il BANM-i bitirən 92 məzunun artıq Petkim, SOCAR Karbamid, Kompleks Qazma İşləri Tresti, SOCAR KBR, Azərikimya İB, BP, Halliburton, Schlumberger, Maire Tecnimont və s. yerli və transmilli şirkətlərdə çalışdıqlarını söyləyib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “3 gün öncə İzmirdə inşa etdiyimiz STAR neft emalı zavodunda sınaq-buraxılış işləri ilə tanış olarkən məzunlarımızı gördüm və onların fəaliyyəti ilə maraqlandım. Orada hazırda Bakı Ali Neft Məktəbinin otuza yaxın məzunu çalışır. Mənə bildirdilər ki, onlar bilik və bacarıq səviyyələrinə görə məşhur Ortadoğu, Boğaziçi və İstanbul texniki universitetinin məzunlarından heç də geri qalmır, hətta onlardan üstündürlər. Əminəm ki, bu gün Bakı Ali Neft Məktəbinə daxil olan tələbələrimiz aldıqları estafeti daha irəli apara biləcəklər”.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, BANM beynəlxalq şirkətlərin standartlarına cavab verən mühəndislər hazırlayır: “Təhsilə və kadr hazırlığına böyük önəm verən BP şirkəti BANM ilə əməkdaşlıqdan məmnundur və onun məzunlarından professional kadr olaraq çox razıdır”.
Mərasimdə çıxış edən BMT-nin Baş katibinin müavini və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNİTAR)nun İcraçı direktoru Nikhil Set BANM ilə UNİTAR-ın əməkdaşlıq etdiyini və yeni layihə çərçivəsində əcnəbi tələbələrin, o cümlədən Nigeriyadan 15 tələbənin UNİTAR-ın xəttilə BANM-də təhsil alacağını bildirib. Nikhil Set deyib: “UNİTAR-ın ali məktəbə bu etimadı onun dünya standartlarına cavab verən professional kadr hazırlığından və nüfuzundan irəli gəlir”.
“Bilik Günü”ndə valideynlər adından çıxış edən AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli BANM-in ölkə universitetləri arasında seçildiyini və onun təhsil sahəsində Azərbaycanı dünyada təmsil edə biləcək bir ali məktəb olduğunu deyib. Akademik qardaşı oğlunun da BANM-i seçdiyini, 680 balla “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olduğunu bildirib.
Ali məktəbə yeni daxil olan tələbələr adından “Kimya mühəndisliyi” ixtisasına qəbul olmuş Vüsal Həsrətli, Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə ilk məzunlarından olan Mustafa Əsgərov məzunlar adından tədbirdə çıxış edib.
Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. Məktəb Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans
15.11.2018
Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib
15.11.2018
Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib
15.11.2018
Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində
15.11.2018
Məktəblərdə payız tətili başlayır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info