Orfoqrafiya Komissiyasının yekun iclası keçirilib
Tarix: 14.09.2018 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Orfoqrafiya Komissiyasının yekun iclası keçirilib. AMEA-dan bildirilib ki, iclasa sədrlik edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə orfoqrafiya məsələləri ilə bağlı mətbuatda bu günə kimi 300-dən artıq məqalənin dərc edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, bu müddətdə Azərbaycan ictimaiyyəti yeni orfoqrafiya qaydaları ilə bağlı fikirlərini bölüşüb və onlar nəzərə alınıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Orfoqrafiya Komissiyasının işçi qrupu müzakirə prosesində çox diqqətli olmağa çalışıb. O deyib: “Statistik məlumat son dərəcə obyektivdir. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparılıb, ictimaiyyət öz fikrini bölüşüb”.
İ.Həbibbəyli yeni orfoqrafiya qaydaları təsdiq olunarkən dildə gedən proseslərin, ictimai və mütəxəssis rəylərinin, eləcə də dilin özünün uyğunluğunun nəzərə alındığını deyib.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Orfoqrafiya Komissiyasının işçi qrupunda 15 nəfər tanınmış dilçi alim təmsil olunub. O, ötən müddətdə işçi qrupunun yeddi iclasının keçirildiyini, mətbuatda orfoqrafiya məsələləri ilə bağlı gedən müzakirələrin izlənildiyini və materialların toplanıldığını söyləyib. İclasda, həmçinin akademiklər Rafael Hüseynov, Kamal Abdullayev, professorlar Nazim İmanov, Sayalı Sadıqova, İsmayıl Məmmədli və Buludxan Xəlilov çıxış edərək fikirlərini bölüşüblər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirib
13.11.2018
BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018
ASCO-nun əməkdaşları “World Maritime University”də magistr təhsillərini başa vurublar
13.11.2018
Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
12.11.2018
Aİİ-də psixoloqla görüş keçirlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info