İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Tarix: 14.09.2018 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. Sentyabrın 14-də İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-yə yaxın şirkətin nümayəndəsinin iştirak etdiyi tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib, İxracatçılar Klubu və "Dövlət Aqrar Ticarət Şirkəti" MMC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu vurğulayıb, Azərbaycan məhsullarının ixracı, "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı görülən işləri diqqətə çatdırıb. Yusif Abdullayev İxracatçılar Klubunun fəaliyyəti, klub tərəfindən ixracatçılara dəstək məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova çıxışında MMC-nin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində təsis edildiyini və əsas məqsədlərindən birinin fermerlərə satış imkanlarının, xarici bazarlara çıxışın genişləndirilməsində dəstək göstərmək olduğunu qeyd edib, bu istiqamətdə İxracatçılar Klubu ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sonda iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info