Bilik Fondu 700 bal toplamış abituriyentləri alimlərlə görüşdürüb
Tarix: 14.09.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondu ənənəsinə sadiq qalaraq Bilik günü ərəfəsində 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplamış abituriyentlərlə görüşüb. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilmiş görüşdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AMEA-nın Fizika İnstitutunun Elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, BDU-nun Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərli, Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlər və valideynləri iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara gələcək təhsil və karyera yolunda uğurlar arzulayıb. O.Səmədov ölkə Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüş gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə çağırıb. Müstəqil həyata qədəm qoyan tələbələr tanınmış elm xadimlərinin elm və təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, dövlətə və xalqa gərəkli vətəndaş olmaqla bağlı verdikləri dəyərli tövsiyələri diqqətlə dinləyib, onları maraqlandıran suallara ətraflı cavab alıblar. Göstərilən diqqətə görə Bilik Fonduna minnətdarlığını bildirən gənclər və onların valideynləri dövlətin gənclərə və onların təhsilinə ayırdığı qayğıdan danışıb, qarşıdakı tələbəlik həyatı ilə bağlı arzu və istəklərini bölüşüblər. Sonda 700 bal toplayan abituriyentlərə Bilik Fondunun xüsusi “Təbriknamə”ləri və hədiyyələri təqdim olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirib
13.11.2018
BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018
ASCO-nun əməkdaşları “World Maritime University”də magistr təhsillərini başa vurublar
13.11.2018
Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
12.11.2018
Aİİ-də psixoloqla görüş keçirlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info