“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
Tarix: 14.09.2018 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


“Əks-inqilabı Respublika Partiyasının öz mövqelərini itirməyən nümayəndələri-hərbçilər, polislər və digərləri təşkil edəcəklər”

Bir müddət əvvəl “ArmenianReport” saytında yayılan məqalədə qeyd edilirdi ki, Ermənistanda inqilabın qələbəsi, hələ ki, sona çatmayıb. Qələbə yalnız Robert Koçaryan və Serj Sarkisyan cinayətkarlar kürsüsündə oturduqdan sonra olacaq. Amma indi işğalçı ölkədə vəziyyət dəyişib. Belə ki, ölkənin yeni hakimiyyəti hər an üzləşə biləcəyi əks-inqilab təhlükəsi ilə üz-üzədir. Artıq bunun hər an reallaşa biləcəyini istisna etməyən erməni mediası təhlükənin daha çox vaxtilə Paşinyanın həbs etdirdiyi Robert Koçaryan tərəfindən həyata keçirilə biləcəyini bildirir. “ArmenianReport” saytında yer alan yazı da həmin qəbildəndir: “Əlbəttə ki, Nikol Paşinyanı ideal dövlət rəhbəri saymaq mümkün deyil, lakin biz cinayət-oliqarx rejimin gücünü bərpa etməsinə mane olmaq üçün bütün imkanlardan istifadə etməliyik. Ölkədəki son proseslər Ermənistanda inqilab və əks-inqilabın həlledici bir döyüşə çevrildiyini aydın şəkildə göstərməkdədir. Məlumdur ki, əks-inqilabın əsasını bu gün də hakimiyyətdə təmsil olunan Respublika Partiyasının hələ də öz mövqelərini itirməyən nümayəndələri-hərbçilər, polislər və digərləri təşkil edəcəklər. Tamamilə gözləniləndir ki, Serj Sarkisyan əks-inqilaba laqeyd olmasa da, onun lideri olmayacaq. Lider, təbii ki, Paşinyana qarşı aqressivliyini gizlətməyən Ermənistanın sabiq ikinci prezidenti Robert Koçaryan olacaq. Əlbəttə ki, bu günün və sabahın gündəmi, hələ ki, Paşinyan hökumətini yıxmağa imkan vermir. Lakin burada “hələ ki” sözünü unutmaq lazım deyil. Qeyd edək ki, Ermənistanda bu ilin əvvəlində Nikol Paşinyanın məxməri inqilab lideri olaraq, sarsılmaz görünən Serj Sarkisyan rejimini devirəcəyini heç kim təsəvvür belə, edə bilməzdi. Ancaq möcüzə baş verdi”. Yazıda qeyd edilir ki, bu gün Ermənistandakı inqilabçı hakimiyyət yerində sayır: “Özünün “inqilabi ruhunu” nümayiş etdirməyə çalışan Paşinyan ölkənin əsas korrupsiya məmurlarını həbsə atdırmağa cəhd etsə də, buna da nail ola bilmədi. Bu gün Ermənistanın iqtisadi durumu urəkaçan deyil. Halbuki Paşinyan erməni xalqına ölkənin iqtisadi yüksəlişi ilə bağlı fantastik vədlər vermişdi. Məsələ bundadır ki, ölkədəki iqtisadi tənəzzül artıq siyasətə də sirayət etməkdədir. Belə ki, bu gün Ermənistanın xarici siyasəti Sarkisyanın qoyub getdiyi xətt üzrə davam etdirilir. Bunu “Paşinyan inqilabının idealları”na hələ də inamını itirməyən xalq da görür. Bu gün Paşinyanın vaxtilə xalqa verdiyi utopik vədlərdən əsər-əlamət belə, yoxdur. Bəzi yeni hakimiyyət nümayəndələrinin etiraf edilmək məcburiyyətində qaldığı bu acı həqiqəti başqaları kimi, xalqın milyonlarını oğurlasa da, bu gün azadlıqda gəzən Robert Koçaryan da yaxşı görür. Bəli, məhz azadlıqda gəzən. Məsələ bundadır ki, Moskva heç vaxt Koçaryanın həbsinə, onun barmaqlıqlar arasından Ermənistanda rus siyasətinin sirlərini ortaya qoymasına imkan verməz. Artıq Respublika Partiyasının qalıqları ilə danışıqlardan sonra Kreml Ermənistanda çevriliş etməyə razılıq verib və təbii ki, burada əsas rolu da Koçaryanın oynayacağı şübhə doğurmur. Maraqlıdır ki, “Mediamaks” xəbər agentliyinə verdiyi müsahibədə Koçaryan Ermənistanın yeni hökumətini təhdid etməkdən belə, çəkinməyib. Onun sözlərinə görə, Paşinyan onunla müharibəyə başladığına görə çox peşman olacaq. Belə görünür ki, artıq Paşinyan siyasətinin mahiyyətini anlayan sabiq ikinci prezident yeni hökumət rəhbərliyinə müharibə elan etməkdən “qorxmur”. Koçaryanın Ermənistanın yeni rəhbərliyi ilə müharibə aparmağa gücü, maliyyəsi və geosiyasi imkanları var . Koçaryanın hələ də Ermənistandakı müxtəlif elitalara təsir etmək gücü tükənməyib. Onun üçün yetərli olmayan xalq dəstəyidir. Belə ki, Koçaryan hakimiyyətə qarşı mübarizədə erməni xalqından dəstək ala biləcəyinə ümidli deyil. Hətta onun növbəti seçkilərdə də hər hansı bir şansa ümid bəsləməyi əbəsdir. Əgər Paşinyan hökuməti təşəbbüsü əldən qaçırsa və ya erməni xalqının həyatında hər hansı bir tərəqqiyə nail ola bilməsə, təbii ki, bu halda Koçaryan qələbəyə ümid edə bilər. Bəs, bu halda, görənsən, sadə erməni xalqı nə etməlidir? Kimi seçməlidir?”. Yazıda qeyd edilir ki, xalq Ermənistandakı cinayət-oliqarxik sistemin qurucusunun Koçaryan olduğunu unutmayıb: “Belə olan halda, yenidən keçmişə qayıtmağa, Ermənistanda Rusiyanın köləlik sistemini bərpa etməyə dəyərmi?”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
26.10.2018
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info