“İdeyadan Biznesə“ startap turlarının növbəti mərhələsinə start verilir
Tarix: 14.09.2018 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Microsoft” şirkəti ilə birgə “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı və regionlarda startap turlarının növbəti mərhələsinə start verib. Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı “İdeyadan Biznesə” layihəsinə dəstək verən təşkilatlar sırasına qoşulub. Layihənin tərəfdaşı isə “Azercell” şirkətidir. Startap turlarının budəfəki proqramı olduqca zəngindir. Belə ki, ali təhsil müəssisələrində infossesiyalarla yanaşı, ayrıca startap turları da təşkil olunacaq. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Diplomatik Akademiyasında startap turları keçiriləcək. Eyni zamanda, xarici və yerli texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin iştirakı ilə biznes layihələrinin hazırlanması, müzakirəsi, təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üzrə Şəki şəhərində "İdeyadan Biznesə" layihəsi çərçivəsində beynəlxalq İnnovasiya Düşərgəsi (“İnnoCamp”) təşkil olunacaq. Regionlar üzrə turların, ətraf rayon və şəhərləri də əhatə etməklə, Sumqayıt, Şəki, Gəncə, Bakı şəhərlərində və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, sözügedən turlar artıq Mingəçevir, Lənkəran və Quba şəhərlərində keçirilib və qaliblər müəyyənləşib. Startap turu çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu sözügedən şəhərlərdə informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçirir. Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunur, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edirlər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparır. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutur. İkinci hissənin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirirlər. Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır. Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info