“Florens” qasırğası ABŞ-ın şərq sahillərinə çatıb
Tarix: 14.09.2018 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


“Florens” qasırğasının episentri ABŞ-ın Şimali Karolina ştatının Raytsvill Biç şəhərinə çatıb. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, burada küləyin sürəti saatda 150 kilometrə bərabərdir. Sentyabrın 14-nə keçən gecə “Florens” qasırğası gücünə görə 5 ballıq Saffir-Simpson cədvəli üzrə birinci kateqoriyayadək zəifləyib. Lakin meteoroloqlar onun hələ də ciddi təhlükə daşıdığını qeyd edirlər. Təbii fəlakətin əsas zərbəsinin Virciniya, Şimali Karolina və Cənubi Karolina ştatlarına dəyəcəyi gözlənilir. Bir qədər əvvəl bu ştatların hökumət orqanları fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Şimali və Cənubi Karolina ştatlarında güclü leysan yağışları səbəbindən on minlərlə insan elektrik enerjisiz qalıb. Sentyabrın 12-də ABŞ Prezidenti Donald Tramp ölkənin qasırğaya hazır olduğunu bildirərək, həmçinin vətəndaşları “qasırğa ilə zarafat etməməyə” və ehtiyatlı olmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10460

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info