“Sondakika.com”: “Bakının xilasının 100-cü ildönümü”
Tarix: 14.09.2018 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


“Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni, bolşevik dəstələrindən xilas edilməsinin 100-cü ildönümü hərbi paradla qeyd ediləcək”

Bu gün Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik qüvvələrindən xilas etməsinin 100 ili tamam olur. Qafqaz İslam Ordusunun Azərbaycanda düşmənə qarşı apardığı qəhrəmanlıq mübarizəsi ilə bağlı yubiley tədbirləri Türkiyə mediasında geniş işıqlandırılıb.
“Akşam.com.tr” saytında “Prezident Ərdoğan Azərbaycana gedir” başlıqlı yazı dərc edilib. Burada qeyd edilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda Qafqaz İslam Ordusunun və Bakının xilasının 100-cü ildönümü ilə bağlı təşkil olunacaq mərasimdə iştirak edəcək. Ziyarət çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan ilə strateji əlaqələrin və iş birliyinin daha da gücləndirilməsi üçün atılacaq addımlar da müzakirə ediləcək.
“Sondakika.com” saytında “Bakının xilasının 100-cü ildönümü” başlıqlı yazı dərc edilib. Burada qeyd edilir ki, Azərbaycanın paytaxtı Bakıda şəhərin Qafqaz İslam Ordusu tərəfindən erməni və bolşevik dəstələrindən xilas edilməsinin 100-cü ildönümü ilə bağlı tədbirlər keçirilir. Bunlardan biri kimi Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunan tədbirə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Qənirə Paşayeva, Ənvər Paşanın nəvəsi Arzu Ənvər Əroğan və çox sayda dəvətlilər qatılıb. Səfir Özoral İstiqlal marşı və Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə çıxışında iki ölkənin, iki güclü qardaş olaraq yan-yana durmasını, 100 il öncə bu torpaqlar üçün canlarını qurban verən şəhidlərə borclu olduğunu söyləyib. Qafqaz İslam Ordusu Bakını xilas etməsəydi Azərbaycanda tarixin başqa cür yazılacağını deyən Özoral, “Azərbaycan, Türkiyədən sonra ən çox türk şəhidinin olduğu ölkədir. Qafqaz İslam Ordusu burada 1130 şəhid verib. Osmanlının çətin dövründə bu ordunun Azərbaycana göndərilməsini təşkil edən Ənvər Paşaya, onun qardaşı Nuru Paşaya təşəkkür borcluyuq” deyib. Millət vəkili Qənirə Paşayeva da Azərbaycanda 100 il öncə Şərqin ilk demokratik cümhuriyyətinin qurulduğunu, bunu da həmin dövrün ziyalılarının sayəsində gerçəkləşdiyini bildirib. Cümhuriyyətin qurucularının o zaman bolşeviklərin idarəsində olan Bakını xilas etmək üçün Osmanlıdan yardım istədiyini deyən Q.Paşayeva “Ənvər Paşanın təlimatı ilə qurulan türk ordusu Azərbaycanın köməyinə gəldi və Bakını xilas etdi. Qafqaz İslam Ordusunun şəhidlərini hörmətlə anırıq. Türk milləti mövcud olduqca şəhidlərimizi sevgiylə anacağıq” deyib. Ənvər Paşanın nəvəsi Arzu Ənvər Əroğan da 100 il sonra babalarının Azərbaycanda hörmətlə anılmasından çox məmnun olduğunu söyləyib. Əroğan 100 il əvvəlki qardaşlığı və könül birliyini bu gün də davam etdirən hər kəsə təşəkkür edib.
“Haberler.com” saytında “Bakıda “Qafqaz İslam Ordusu” adlı sərgi açıldı” başlıqlı yazı dərc edilib. Qeyd edilir ki, Azərbaycan Tarix Muzeyində Bakını erməni və bolşevik dəstələrindən xilas edən Qafqaz İslam Ordusu adlanan Osmanlı komandir və əsgərlərinin xatirəsinə sərgi açılıb. “Millət sizə minnətdardır” adlı sərginin açılışına Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Tarix Muzeyinin direktoru prof.dr Nailə Vəlixanlı, akademiklər və çoxlu sayda dəvətlilər qatılıblar. Türkiyə və Azərbaycanın bu zəfəri böyük coşquyla qeyd etdiklərini deyən səfir, “Türkiyə və Azərbaycan tarix boyunca bir oldu. Çünki biz bir millət, iki dövlətik. Azərbaycan bizim də vətənimizdir. Qafqaz İslam Ordusu da Azərbaycan 100 il öncə bu düşüncə ilə gəldi” deyib. Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı 15 sentyabr 1918-ci ilin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirib. Sərgidə Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa və əsgərlərin rəsmləri, geyimləri, silahlar və sənədlər yer alıb.
“Memleket.com.tr” saytında “Bakının xilasının 100-cü ildönümü” başlıqlı yazıda qeyd edilir ki, Azərbaycanın paytaxtı Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni, bolşevik dəstələrindən xilas edilməsinin 100-cü ildönümü hərbi paradla qeyd ediləcək. Bakının Azadlıq meydanında təşkil olunacaq mərasimdə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Mərasimdə Azərbaycan əsgərləri ilə yanaşı, Türk Silahlı Qüvvələri 100 il əvvəlki geyimləri ilə yer alacaq. Süvari qüvvələrinin iştirak edəcəyi mərasimin ardınca Türk Hava Qüvvələri Bakı səmasında uçuşlar gerçəkləşdirəcək. Həmin dövrdən bəhs edən yazıda göstərilir ki, Qafqaz İslam Ordusu Azərbaycanda, sadəcə, 2 ay qalmasına baxmayaraq, ölkənin ərazi bütövlüyünün təmin edilməsi və Bakının paytaxt olmasında önəmli rol oynadı. Xalqı erməni və bolşeviklərin zülmündən xilas edən Qafqaz İslam Ordusu və komandiri Nuru Paşa azərbaycanlıların könlündə taxt qurdu. Azərbaycanın Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala, Hacıqabul və Quba kimi bir çox bölgəsində Qafqaz İslam Ordusu şəhidlərinin dəfn edildiyi 14 türk məzarlığı var. Azərbaycan xalqı 70 il davam edən sovet idarəçiliyində belə bu məzarlıqları qorudu və bugünlərədək saxladı.
“Bakıda “I Dünya müharibəsində Osmanlı-Azərbaycan münasibətləri” simpoziumu adlı yazıda isə ölkəmizdə bir neçə gündür bu mövzuda davam edən beynəlxalq simpoziumdan bəhs edilir. Yazıda qeyd edilir ki, tədbirdə AMEA-da təşkil olunan tədbirə Baş nazirin müavini Əli Əhmədov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Haluk Dursun, AMEA prezidenti Akif Əlizadə, Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər ziyalılar qatılıblar.
O dövrdə çətin anlar yaşayan Osmanlı dövlətinin Azərbaycana əsgər göndərməsinin iki ölkənin birliyinin ən gözəl nümunəsi olduğunun deyən Əli Əhmədov bildirib ki, Azərbaycan və Türkiyə bu gün də birlikdə hərəkət edir. Səfir Erkan Özoral bildirib ki, türk dünyasının qəlbi olan Bakı o dövrdə xilas edildi. Türkiyə bundan 100 il öncə olduğu kimi, bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10460

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info