Qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı artıb
Tarix: 14.09.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva bildirib ki, Məhərrəm ayı ilə əlaqədar Dövlət Komitəsi bu mövzuda silsilə tədbirlər həyata keçirir. O qeyd edib ki, Lənkəran, Astara rayonlarında, eləcə də Bakı şəhərinin Sabunçu, Səbail, Binəqədi, Yasamal, Suraxanı rayonlarında keçirilən seminar-müşavirələrdə rayon İcra Hakimiyyətinin başçıları, Milli Məclisin deputatları, QHT nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, dini icma rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Onun sözlərinə görə, tədbirlərin təşkilində əsas məqsəd milli-mənəvi irsimizin düzgün təbliği, dini mərasimlərin milli-mənəvi dəyərlərimizə və müasir dövrün tələblərinə uyğun keçirilməsi istiqamətində maarifləndirmə işinin aparılmasıdır. Bildirilib ki, seminar-müşavirə iştirakçılarının ancaq qadınlar olması cəmiyyətimizdə, ölkəmizin ictimai-siyasi, sosial həyatında qadınların rolunu və mövqeyini göstərir. DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova isə qeyd edib ki, Azərbaycan xalqının milli adət-ənənələri, əxlaqi, mənəvi dəyərləri onun qədim tarixə malik zəngin mədəniyyətinin göstəricisidir. Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Şöbə müdiri vurğulayıb ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində, həyat tərzində, adət-ənənələrində dərin izlər buraxıb. Zaman keçdikcə cəmiyyət dəyişdikcə, sadəcə, din və onun qayda-qanunları, hökmləri dəyişilməz qalır. “Adət-ənənələr, mərasimlər isə zamanla dəyişir, müasir dövrün tələbinə uyğunlaşır. Dini mərasimlər dinimizi, tariximizi, mədəniyyətimizi, ənənələrimizi, həyat tərzimizi əks etdirməlidir. Düzgün maariflənmə və maarifləndirmə, fərdi şəkildə xurafatla mübarizə, elmimizin və mənəviyyatımızın paralel inkişafı dinimizi xurafatdan, mövhumatdan qoruya və gələcək nəsillərə ötürə bilər” - deyə E.Kərimova diqqətə çatdırıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə bildirib ki, bu gün Azərbaycanda bu sahələr üzrə islahatlar gedir. Xurafat və cəhalətə qarşı mübarizəni isə yalnız dövlətin deyil, cəmiyyətin aparmalı olduğunu deyən M.İbrahimqızı qeyd edib ki, Azərbaycan qadınları gələcək üçün sağlam nəsil yetişdirməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, İslam cəmiyyətdə faydalı din kimi təbliğ olunmalıdır. Bu işin reallaşmasında vəzifəsindən və statusundan asılı olmayaraq qadınlar daha çox fəallıq nümayiş etdirməlidir. Azərbaycan xalqının yüksək savada və intellekdə sahib olduğunu deyən S.Qəhrəmanova deyib: “ Yeni nəslə izah olunmalıdır ki, İslam dini qadınlara hüquq verir. Bu gün ölkəmizdə İslamın qaydalarından kənar, yanlış təbliğat aparan savadsız qrup mövcuddur. Birlikdə bu neqativ halın qarşısını almaq lazımdır”.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəhimə Dadaşova bildirib ki, İslam seçilən bir dindir. Dinimizdə gender probleminin olmadığını deyən R.Dadaşova qeyd edib ki, İslam insanlara olduğu kimi çatdırılmalıdır. Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar yüksək dini biliklərə sahib olmalıdırlar. Məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsilli olması, təkmilləşməsi də diqqətdə olan məsələlərdəndir. R.Dadaşova əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirir. O vurğulayıb ki, bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info