Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
Tarix: 18.09.2018 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Ağcabədi rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Bilağan kəndi də əlavə olunub. 165 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 1690 metr polietilen və uzunluğu 9599 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər sakinləri təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti-quraşdırma işləri yekunlaşdırılıb. Qəsəbəyə tezliklə təbii qazın verilişi təmin ediləcək. Mərasimdə çıxış edən sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezidentə minnətdarlıqlarını bildiriblər. Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Tərtərdə “Son nəfəsədək” filmi nümayiş olunub
19.05.2019
Sabah hava necə olacaq?
18.05.2019
Tovuzda üç istehsal müəssisəsi tikilir
18.05.2019
Astaranın çay plantasiyalarında birinci çay yığımı başa çatmaq üzrədir
18.05.2019
Ağdaşın Yenicə kəndi qazlaşdırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info