Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub
Tarix: 18.09.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Kişinyovda Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Moldova Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Moldova nümayəndə heyətinə Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi xanım Yelena Koçkovski rəhbərlik edib. Yelena Koçkovski Moldova Respublikasında son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Moldova ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat infrastrukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb. Eyni zamanda, avtomobil daşımaları sahəsində Azərbaycan avtodaşıyıcılarının Moldova avtodaşıyıcılarına nisbətdə üstünlük təşkil etdiyini nəzərə alaraq, 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin artırılması barədə tərəflər razılığa gəlib. Sonda əməkdaşlığa dair Protokol imzalanıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Doqquz ayda ictimai iaşə dövriyyəsi 6 faiz artıb
18.10.2018
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il keçir
17.10.2018
Türkiyə mediası: “Star” neft emalı zavodu xaricdən asılılığı aradan qaldıracaq
17.10.2018
“APM Terminals” şirkəti “Petlim” konteyner limanını SOCAR-a təhvil verib
17.10.2018
Çində keçirilən Sammitdə Bakı Limanı barədə məlumat verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10267

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info