Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
Tarix: 18.09.2018 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Sentyabrın 17-də Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində 2018-2019-cu dərs ilinin başlanması münasibətilə tədbir keçirilib.
Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan, ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turganer, Türkiyədən gəlmiş qonaqlar - Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusuf, dünyaca məşhur tarixçi alim, Prof. Dr. İlber Ortaylı, Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir, ATİB başqanı Cemal Yangın, Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı, KİV təmsilçiləri, həmçinin liseyin müəllimlərinin, şagird və valideynlərin qatıldıqları tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün, vətən uğrunda canlarından keçmiş şəhidlərin və vəfat etmiş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.
Çıxış edən Liseyin müdiri Hüseyn Dəmirəl Bakı Atatürk Liseyinin gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, vətənə, xalqa məhəbbətin aşılanmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. Liseyin tarixindən söz açan Hüseyn Dəmirəl təhsil ocağında diqqətəlayiq uğurlar qazanıldığını söyləyib. O, ötən tədris ilində liseyi bitirən 37 məzundan 36-nın Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin universitetlərinə qəbul olunduğunu qeyd edib.
Çıxışında həmçinin ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından da danışan Hüseyn Dəmirəl bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndirib. Çıxışına qonaqları, müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbriklə başlayan TDAV başqanı Közhan Yazqan bu açılış törəninin Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə təsadüf etdiyini bildirib. Yüz il öncə baş verənlərə qısa ekskurs edən Közhan Yazqan iki qardaş ölkə arasındakı birliyin heç bir zaman sarsılmayacağını vurğulayıb. Çıxışında Bakı Atatürk Liseyinin fəaliyyətinə də toxunan TDAV başqanı "Bakı Atatürk Liseyi tam 26 ildir ki, Turan Yazqan hocamızın göstərdiyi hədəflər istiqamətində Türk dünyasının gələcəyi olan şagirdləri yetişdirir və yetişdirməkdə də davam edəcək" - deyib. Tədbirdə çıxış edən dünyaca məşhur tarixçi alim İlbər Ortaylı müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb. O, Turan Yazqanın yadigarı olan Bakı Atatürk Liseyində ilk dəfə olduğunu söyləyib.
Digər çıxış edənlər də yeni tədris ilinin başlanması münasibətilə müəllim, şagird və valideynləri təbrik edib, uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək
18.10.2018
“Heydər Əliyev və Azərbaycan tarixi” V respublika bilik yarışı keçirilib
18.10.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Müstəqillik Günü qeyd edilib
18.10.2018
Təhsil müəssisələrində dövlət müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub
18.10.2018
BANM-ın rektoru və tələbələri təltif olundular

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info