Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
Tarix: 18.09.2018 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Sentyabrın 17-də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatında növbəti toplantı keçirildi. Toplantıda sentyabrın 31-də Krivoy Roqda milli azlıqlar arasında ənənəvi olaraq keçirilən "Ukrayna mənim vətənimdir" adlı festivala hazırlıq məsələləri müzakirə edildi.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatının sədri Nahid Zeynalov festivalda soydaşlarımızın iştirakının önəmindən danışdı: "Belə festivallarda soydaşlarımız birlik nümayiş etdirməlidirlər. Biz ildən-ilə aktivliyimizi artırırıq. İnanıram ki, bu il daha da fəal şəkildə festivalda Azərbaycanı təmsil və təbliğ edəcəyik".
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatının sədr mavini Kəmaləddin Ağayev isə qeyd etdi ki, bu il festivalda yeniliklər etmək lazımdır: "Festivalda Azərbaycanın tanıtımı üçün plakatlar hazırlanıb, həmçinin bayraqlar sifariş edilib. Bu il, eyni zamanda festivalda Azərbaycanla bağlı broşürlər də yayacağıq".
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatının Ağsaqqallar Şurasının sədri Yusif Nuriyev festivalda Azərbaycan guşəsinin təbliğinin effektiv olması üçün soydaşlarımız arasında vəzifə bölgüsünün edilməsinin vacibliyini vurğuladı.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatının İdarə heyətinin üzvü Sail Quliyev qeyd etdi ki, festivalda milli mətbəximizə aid yeməklərin çeşidlərini artırmaq lazımdır. Yığıncaqda diaspor üzvləri Mustafa Adamov, Yadigar Əhmədov, Orfan Sənanzadə, Nizami Zeynalov, Həbib Hüseynov, Elşən Hacıyev, Faiq Hacıyev, Elşən Əsgərov və digərləri də çıxış edərək festivalda görüləcək işlərlə bağlı fikir və təkliflərini bildirdilər. Bütün çıxışçılar festivalda Azərbaycan guşəsinin maraqlı və baxımlı olması üçün əllərindən gələni əsirgəməyəcəklərini dedilər. Xatırladaq ki, "Ukrayna mənim vətənimdir" festivalı 10 ildən artıqdır ki, Krivoy Roq şəhərinin meri Yuri Qriqoriviç Vilkulun təşəbbüsü ilə keçirilir. Festivalın keçirilməsində məqsəd Krivoy Roq şəhərindəki milli azlıqlar arasında dostluq yaratmaqdır.

Fuad Hüseynzadə
(Krivoy Roq)




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb
22.10.2018
“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirilir
22.10.2018
Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi
22.10.2018
Rusiya ilə Ermənistan arasında böhran davam edir
21.10.2018
Erməni hakimiyyəti altındakı yeni bir “bomba”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info