Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
Tarix: 18.09.2018 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


18 sentyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III-IV kurs tələbələri ilə görüş keçirilib. Aİİ rektoru Ceyhun Məmmədov Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dinşünaslıq ixtisasından Aİİ-yə köçürülmüş III-IV kurs tələbələrini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara qədəm qoyduqları yeni mərhələdə uğurlar arzulayıb. Bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edən rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu qeyd edib.
C.Məmmədov ilk tədris ilinə başlayan Azərbaycan İlahiyyat İnstitutunun təhsil standartları, daxili nizam-intizam qaydaları, məqsəd və vəzifələri, hədəfləri, keçirəcəyi layihələr haqqında tələbələrə məlumat verib. Aİİ-nin, nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. C.Məmmədov bildirib ki, şəffaf, modern, qabaqcıl seçim meyarları ilə formalaşdıran yeni institutda dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi nəzərdə tutulub. Tələbələri dərslərdə aktiv olmağa, dil bilgilərinə yiyələnməyə, institutun ictimai həyatında fəallıq göstərməyə çağıran rektor onlar üçün Aİİ-də dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradıldığını, təhsilin ödənişsiz əsaslarla keçiriləcəyini, pulsuz geyim və yeməklə təmin olunacaqlarını, dərslərdən əlavə, ayrıca xarici dil kurslarının təşkil ediləcəyini, mübadilə proqramları vasitəsi ilə təhsillərini dünyanın tanınmış universitetlərində davam etdirə biləcəklərini və s. üstünlüklərə sahib olacaqlarını bildirib. Aİİ-nin məqsədi dərin bilikli, güclü şəxsiyyətli, zəngin dünyagörüşlü, yüksək mədəniyyətli, müasirliyi, elmiliyi və xalqımızın özünəməxsus ruhani keyfiyyətlərini əks etdirən vətənpərvər mütəxəssislərin yetişdirilməsidir deyən C.Məmmədov tələbələri dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb. İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün addımların atılacağını bildirən C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər edəcəyini qeyd edib.
Görüşün sonunda müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info