“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
Tarix: 18.09.2018 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


“Kaşaqan” yatağından hasil olunan neftin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır. Energetika Nazirliyindən bildirilib ki, nazirlikdə Azərbaycan və Qazaxıstan arasında yaradılmış İşçi Qruplarının ilk iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Qazaxıstanın energetika nazirinin müavini Bolat Akçulakovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Görüşdə işçi qruplarının iclasında müzakirə edilmiş məsələlər nəzərdən keçirilib. Qazaxıstanın neft, neft məhsulları və qazının Azərbaycan vasitəsilə nəqli perspektivləri və həyata keçiriləcək tədbirlər müzakirə edilib. P.Şahbazov Hökumətlərarası Komissiyanın 14-cü iclası çərçivəsində qəbul edilmiş, 2018-2020-ci illərdə Azərbaycan və Qazaxıstan arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsü üzrə Yol Xəritəsinin icrasına toxunub və ticarət dövriyyəsinin artımını görülən işlərin nəticəsi kimi qiymətləndirib. Nazir yanacaq-energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğunu və bugünkü müzakirələrlə ilk addımların atıldığını bildirib. Qazaxıstanın karbohidrogen ehtiyatları, mövcud hasilat həcmləri və qazlaşdırma istiqamətindəki işlər barədə ətraflı məlumat verən qonaq deyib: “Kaşaqan” yatağından hasil olunan neftin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”. Görüşdə energetika sahəsində gələcək əməkdaşlıq üçün bir sıra yeni təkliflər irəli sürülüb. Bu təkliflərin müvafiq qurumlarla öyrənilməsi tövsiyə edilib. Bundan başqa Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Astanada keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info