Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
Tarix: 18.09.2018 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların əməkdaşlarının birgə iştirakı ilə dini yığıncaqların qanunla müəyyən edilmiş qaydalarının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Ağsu şəhər sakini Məmmədov Vüqar Cəlal oğluna məxsus Ağsu şəhəri Səməd Vurğun küçəsi 14 A ünvanındakı mənzilə baxış keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib. Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Məmmədov Vüqar Cəlal oğlu, Məcidov Rauf Çingiz oğlu və Ağsu rayonu Bozavand kənd sakini Zeynalov Qənbər Malik oğlu barəsində DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Yunanıstanda “Azərbaycan günləri“ adlı silsilə tədbirlər keçirilib
20.05.2019
…Hər sözdə vətən axtaran soydaşımız
20.05.2019
CASCFEN Şəkidə seminar keçirib
20.05.2019
Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək
20.05.2019
YAP-la Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planına dair kommunike imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info